Zaminsiz kredit verən banklar – CƏDVƏL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günümüzdə banklardan kredit əldə etmək çətinləşib. İş yerindən arayış, kredit tarixçəsi, əməkhaqqının minimum həddi, girov kimi vacib amillər qeydə alınır. Bunlardan biri də zamin tələbidir. Bəzi kreditlərdə, hətta 2 zamin belə tələb olunur.
Milli.Az xəbər verir ki, banco.az zaminsiz nağd pul krediti təklif edən bankları araşdırıb. Zaminsiz kreditlərə yalnız istehlak kreditləri aid olub.
Zaminsiz kredit verən banklar aşağıdakılardır:
"Bank Respublika" - minimum əməkhaqqı 400 manat olan şəxslərə kredit kartı təklif edir. Bu kartın üstünlüyü odur ki, əgər müştəri istifadə etdiyi kredit məbləğini 45 gün ərzində ödəyərsə, kreditə faiz hesablanmayacaq. Əgər kredit 45 gün ərzində ödənməzsə, borc faizi 27% olacaq.
"Bank Silk Way" - bu bankın əməkhaqqı kartına sahib olan müştərilərə zaminsiz kredit verilir ki, bu zaman işçinin əmək təcrübəsi əsas götürülür. Məbləğ isə şəxsin əməkhaqqısına müvafiq olaraq hesablanır.
"Azərbaycan Beynəlxalq Bankı" - yalnız bu bankın əməkhaqqı kartlarına sahib olan şəxslərə zaminsiz kredit verir. Kredit məbləği maksimum əməkhaqqının 2 misli həcmində ola bilər.
"Dəmirbank" - minimum əməkhaqqı 800 manat olmalıdır.
"Kapital Bank" - birinci halda, bu bankın əməkhaqqı kartına sahib olan şəxslərə zaminsiz kredit verilir. İkinci halda isə, bu bankda əmanət yerləşdirən şəxslərə bu növ kredit təklif edilir.
"Unibank" - minimal əməkhaqqı 160 manat olmalıdır. Zaminsiz kreditlər üçün hərbçilər istisnadır.
|
Bank |
Məbləğ (AZN) |
Faiz |
Müddət |
|
"Bank BTB" |
300 - 2000 |
34% |
3-36 ay |
|
"Bank Respublika"* |
500 - 3000 |
27% |
12 ay |
|
"Bank Silk Way" |
- |
16-18% |
12 ay |
|
"Beynəlxalq Bank" |
1000 |
29% |
24 ayadək |
|
"Dəmirbank" |
2000 -ə qədər |
27-29% |
12 - 24 ay |
|
"Expressbank" |
300 - 5000 |
28-30% |
12 - 36 ay |
|
"Kapital Bank" |
300 - 15 000 |
29,84% |
40 ayadək |
|
Əmanətin 80%-i həcmində |
Əmanət üzrə illik faiz dərəcəsi + 5% |
Əmanət müddətinin bitməsinə bir ay qalmış |
|
|
"Rabitəbank" |
2000-ə qədər |
27% |
12 ay |
|
"Unibank" |
300-5000 |
23-30% |
3-24 ay |
|
"Yapı Kredi Bank" |
300 -10 000 |
28% |
6-36 ay |
"Yapı Kredi Bank" - zaminsiz kredit götürə biləcək şəxslər - dövlət işçiləri, müəllimlər, xarici və yerli neft, rabitə, telekommunikasiya, İT və s. şirkətlərində işləyən şəxslər, bank işçiləri, "Yapı Kredi Bank Azərbaycan"dan əməkhaqqı alan müştərilər.
Bu növ zaminsiz nağd pul kreditlərini əldə edərkən şəxsiyyət vəsiqəsi, iş yerindən arayış təqdim etmək lazımdır ki, bir çox hallarda da əməkhaqqının 6 və ya 12 aylıq çıxarışı tələb oluna bilər. Kredit mütəxəssisləri sizin gəlirlərinizi, xərclərinizi və kredit tarixçənizi analiz etdikdən sonra sizə zaminsiz kredit verə bilərlər.
Qeyd edək ki, "Bank of Baku" və "AccessBank"dan da zaminsiz kredit əldə etmək mümkündür. Lakin bu banklarda zamin tələbi hər bir müştəri üzrə ekspert tərəfindən fərdi şəkildə araşdırma aparıldıqdan sonra müəyyən edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
XƏBƏR LENTİ
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri





