“Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik” - MEDİA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağlı bu ölkənin bəzi mətbuat orqanları birtərəfli, yönləndirici, ictimai rəyi çaşdıran və Azərbaycanın beynəlxalq imicini korlamağı hədəfləyən materiallar paylaşmaqdadırlar.
Milli.Az xəbər verir ki, bu fikirlər Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb.
Bildirilib ki, adi kriminal hadisəyə dair məhkəmədən əvvəl və sonra klassik manipulyasiyaya əl atılması və məhkəmə prosesi ətrafında teatral effektlərlə ajiotaj yaradılması, baş verənlərin siyasi sifariş kontekstində idarə olunduğunu aydın nümayiş etdirir.
"Fransanın bəzi media qurumlarının kriminal hadisəni qərəzli formada siyasiləşdirməyə və Azərbaycan dövlətinin bəzi rəsmi şəxslərinin adlarının hallandırılmasına yönəlmiş uğursuz cəhdləri ölkəmizə qarşı aparılan sistemli qarayaxma kampaniyasının tərkib hissəsidir.
Azərbaycana münasibətdə "qara piar" kampaniyası üzrə ixtisaslaşmış və Fransada dövlət dairələrinə yaxınlığı ilə seçilən "Revue21", "TV5 Monde", "Le Figaro", "Le Monde" kimi media subyektlərinin mövzuya xüsusi "həssaslıq" nümayiş etdirməsinin arxasında ölkəmizin beynəlxalq nüfuzundan qorxuya düşən dairələrin məkrli ambisiyalarının dayandığı şübhəsizdir.
Adıçəkilən media qurumları jurnalistikanın hamı tərəfindən qəbul edilən beynəlxalq etik dəyərlərini bilərəkdən və kobudcasına pozmaqla, sifarişli siyasi kampaniyanın aləti olduqlarını bir daha təsdiqləmiş olurlar.
Cinayət fərdi məsuliyyət doğuran əməl olduğu halda, özünü demokratik adlandıran bir dövlətin cinayətkarın hərəkətindən daha çox onun milli mənsubiyyətini qabartması hüququn aliliyindən deyil, stereotiplərin və ayrı-seçkiliyin təşviqindən xəbər verir.
Manipulyasiya edilmiş məlumatları əsas götürərək Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı başladığı qarayaxma kampaniyasını hədəfli propaqanda elementi kimi dəyərləndirir, media peşəkarlığı prinsipləri ilə bir araya sığmayan bu kimi halları qəti şəkildə pisləyirik", - deyə açıqlamada qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu
-
Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - VİDEO
-
“Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik” - MEDİA
-
Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla dost olmayıb
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
BDU-nu maksimal nəticə ilə bitirən məzunların adı açıqlandı
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Gözlənilməz xərclər, unudulmuş borclar üzə çıxa bilər
-
Zelenski rus dili ilə bağlı qanun imzaladı
-
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu
-
"Sabah"-ın yeni transferi
-
İdman ayaqqabılarının arxasındakı halqa bunun üçün imiş
-
Perez yeni transfer üçün 70 milyon ödəməyə hazırdır
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
-
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
-
Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - VİDEO
-
Kanada Bosniya və Herseqovinaya qarşı - Start heyətlər
-
Razı salınması ən çətin olan 5 bürc
-
“Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik” - MEDİA
-
Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla dost olmayıb
-
Azərbaycan–Slovakiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Acun Ərdoğana hədiyyə verdi - FOTO
-
BDU-nu maksimal nəticə ilə bitirən məzunların adı açıqlandı
-
"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
-
ADY yay mövsümündə sərnişindaşıma xidmətini intensivləşdirir
-
Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı
-
Çinarə ana oldu
-
Tramp müharibənin bitdiyini elan etdi
-
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub





