Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk növbədə neft-qaz sektoru bu gün də bizim iqtisadiyyatımızda çox böyük rola malikdir. Mən qeyd etdim, bu sektor ümumi daxili məhsulun (ÜDM) 30 faizini təşkil edir ki, bu da çox böyük bir göstəricidir. Digər tərəfdən, o, ölkə gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Bu, sırf iqtisadi nöqteyi-nəzərdən belədir, amma digər tərəfdən də aydındır ki, uzun onilliklər ərzində bu sahənin hər hansı bir real alternativi yoxdur. Öz iqtisadi siyasətimizi qurduqda biz buna bu şəkildə yanaşmalıyıq: neft-qaz sektorunun önəmini qəbul edərək öz inkişafımızı xarici bazarlarda, dünya bazarlarında məhsulun qiymətinin yuxarı və ya aşağı olması meyarlarına bağlamamalı, həll yolunu iqtisadiyyatın dayanıqlılığının təmin edilməsində görməliyik.
Milli.Az xəbər verir ki, nunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.
"Neft ehtiyatlarımıza və neft-qaz sahəsində gedən proseslərə gəldikdə, biz hasilatımızın pik həddini 16 il bundan əvvəl keçmişik. Bu, 2010-cu ildə olub və ölkədə 51 milyon tona yaxın neft hasil edilib. Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə bu göstərici 27,7 milyon ton təşkil edib. Bəli, o dövrlə müqayisədə təbii qazın hasilatı da əhəmiyyətli dərəcədə artıb. Lakin dəyər ifadəsi ilə yanaşsaq, bunlar bir-birini tam əvəzləyən amillər deyil. Mövcud yeni şəraitdə mən bu sahədəki strategiyamızı iki hissəyə bölərdim.
Birincisi ondan ibarətdir ki, Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var. Bizim yeni layihələrimiz də işə salınacaq, mövcud layihələrin isə davamlı fəaliyyəti təmin olunacaq. "Azəri-Çıraq-Günəşli" yatağından dərin qaz hasilatının başlanması, "Abşeron" layihəsinin tam miqyasda işlənilməsi, "Babək" yatağında hasilata başlanılması, "Ümid" yatağında ikinci fazanın icrası, "Bahar" və "Qum-Dəniz" layihələrindəki zəngin resursların istismarı, həmçinin "Qarabağ" layihəsi üzrə işlər fəal şəkildə davam etdirilir. Bu, məsələnin bir tərəfidir və ona görə də ölkəmiz hələ uzun illər, onilliklər etibarlı neft-qaz istehsalçısı və ixracatçısı olacaq.
Digər tərəfdən onu da unutmamalıyıq ki, indiyə qədər biz ölkəmizdə neft-qaz hasilatını ənənəvi üsullarla həyata keçirmişik. Son onillikdə bu sahədə baş verən qeyri-ənənəvi hasilat metodlarını bu günə qədər tətbiq etməmişik, amma bunlar hazırda öyrənilir. Ölkəmizin ərazisində bununla bağlı müvafiq resurslar var. SOCAR ilə bir sıra xarici tərəfdaşlar arasında bu istiqamətdə müxtəlif anlaşma memorandumları və çərçivə sazişləri bağlanıb. Amma mən bu hissəni xüsusi vurğulamaq istəyirəm ki, iqtisadiyyatımızın və gəlirlərimizin planlaşdırılmasında biz bu layihələrə sadəcə bir bonus kimi baxmalıyıq. Bu olmasa belə, bizim ana xəttimiz şaxələndirilmiş və bir çox sektorlarda rəqabətədavamlı məhsul istehsal edə bilən iqtisadiyyat qurmaqdır. Gəlin, ona bir bonus kimi baxaq - o reallaşmasa da, biz əsas hədəflərimizə mütləq nail olacağıq.
Strategiyanın ikinci hissəsi ondan ibarətdir ki, biz ölkəmizin bu sahədəki çoxəsrlik ənənələrini, bilik və bacarıqlarını, dünya və regional bazarlardakı mövqelərini itirmək niyyətində deyilik. Məhz buna görə də bizim bu sahədəki aparıcı qurumumuz olan SOCAR-ın fəaliyyətinin son dövrlərdə xarici bazarlara doğru genişləndiyini, daha fəal şəkildə həyata keçirildiyini görürsünüz. Əgər 18 il əvvələ nəzər salsaq, qardaş Türkiyənin enerji bazarına çıxış və SOCAR-ın bu gün Türkiyədə ən böyük enerji sərmayəsinə, ən müasir neft emalı zavoduna, yeganə neft-kimya kompleksinə, logistik terminallara və aparıcı magistral boru kəmərlərinə sahib olması məhz həmin uzunmüddətli strategiyanın başlanğıcı idi və qeyd olunanlar onun təzahürüdür.
Lakin bu gün SOCAR artıq yalnız emal infrastrukturunda deyil, hasilat sahəsində də xarici bazarlarda, müxtəlif layihələrdə pay əldə edir. Bu il Birləşmiş Ərəb Əmirliklərində və ilk dəfə olaraq Afrika qitəsində - Kot-d'İvuarın böyük bir yatağında sərmayə layihələrinə start verilib, həmçinin İsraildə həyata keçirilən qaz hasilatı layihəsində iştirak təmin olunub və bu fəaliyyət davam etdiriləcək. Çünki düşünürük ki, Azərbaycandakı hasilat bazamız, bilik və bacarıqlarımız, ümumilikdə ölkəmizin beynəlxalq müstəvidə oynadığı rol buna tam imkan verir.
Gəlin unutmayaq ki, biz bu gün dünyanın 16 ölkəsini təbii qazla təchiz edir, onların enerji təhlükəsizliyinə töhfə veririk. Xüsusilə indiki kimi geosiyasi nöqteyi-nəzərdən həssas dövrlərdə bu amil ölkəmizin rolunu daha da artırır. Bu mənada biz bu fəaliyyəti xeyriyyəçilik kimi həyata keçirmirik. Dünənə qədər ölkəmizdə hasil olunan resursların ixracı hesabına qazandığımız vəsaitin azalan hissəsini xarici bazarlarda aktiv fəaliyyət göstərib sərmayə yatırmaqla kompensasiya edirik. Bunun müqabilində mülkiyyət hüququ və səhmləri 100 faiz dövlətə məxsus olan şirkət ölkəmizə dividendlər gətirir.
Bu, xüsusi bir istiqamətdir və mən bu sırada bir çox uğurlu layihələri sadalaya bilərəm. Onlardan zaman baxımından ən yaxın olanı, İtaliya bazarında 35 faiz paya malik, iki neft emalı zavodu və bir neçə min yanacaqdoldurma stansiyasından ibarət nəhəng bir qurumun - "İtaliana Petroli" şirkətinin satın alınmasıdır. Bu fəaliyyət davamlı olacaq. Həmçinin qardaş Özbəkistanda "Uzbeknefteqaz" və bp ilə birlikdə Üstyurd yatağının işlənilməsinə dair sazişin imzalanmasını qeyd etmək olar. Yəni bu fəaliyyətlər davamlı xarakter daşıyır.
Digər tərəfdən, mən qeyd etdim ki, ölkəmizdə mövcud olan nəqliyyat və neft nəqli infrastrukturunun imkanlarından daha fəal istifadəni nəzərdə tutmalıyıq. Azərbaycanın yerləşdiyi Xəzər hövzəsində neft və qaz yataqları yalnız bizdə deyil, həm də qonşularımızdadır və bu istiqamətdə kifayət qədər münbit imkanlarımız, geniş əməkdaşlığımız var. Bu gün istər Türkmənistanda, istərsə də Qazaxıstanda hasil olunan neft həcmləri ölkəmizin infrastrukturu vasitəsilə nəql edilərək xarici bazarlara çıxarılır. Təbii olaraq, bu, həm enerji infrastrukturu bağlantısını təmin edən Orta Dəhlizin vacib bir elementidir, həm də donanmamızın və limanlarımızın, nəqliyyat infrastrukturumuzun fəallığına xidmət edir.
Ona görə də ölkəmizin neft-qaz sahəsinin gələcəyini nikbin görürük. Sadəcə olaraq, düşünürəm ki, artıq bu sahəyə sırf neft-qaz deyil, daha geniş - enerji sektoru kimi yanaşmalıyıq. Çünki insanların, şirkətlərin və müəssisələrin enerjini istehlak etmə formaları dəyişir, biz də buna mütləq hazır olmalıyıq.
Bir müddət bundan öncə ölkəmizdə bu sahədə son illərin, yəqin ki, ən böyük sərmayə tutumlu layihəsi olan yeni neft emalı zavodunun tikintisi barədə müvafiq qərar razılaşdırılıb və qəbul olunub. Bu nöqteyi-nəzərdən biz təxminən 5-6 il ərzində layihənin başa çatdırılmasını gözləyirik. Bu, tam müasir və artıq belə demək olarsa, günümüzün tələblərinə cavab verən neft emalı zavodu olacaqdır. Burada söhbət yalnız sənaye və ekoloji standartlardan deyil, həm də biznes model baxımından müasir tələblərə uyğunluqdan gedir. Zavod maye yanacaq məhsulları ilə yanaşı, neft-kimya məhsullarının yeni nəslini də istehsal edəcək. Hazırda müvafiq hökumət komissiyasının əlaqələndirməsi ilə bu layihənin dövlətin dəstəyi ilə SOCAR tərəfindən həyata keçirilməsinə başlanılıb", - deyə nazir diqqətə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
XƏBƏR LENTİ
-
Qatıqlı qəhvəni yoxlamağa dəyərmi?
-
80 illik yubileyinə bunu hədiyyə istəyir
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
Günün qoroskopu: Meditasiya, dua və ya sakit istirahət yaxşı təsir edəcək
-
“Qalatasaray” 50 milyonluq transfer üçün hərəkətə keçdi
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
-
Gədəbəyə dolu düşüb
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
-
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”
-
Messi 1957-ci ilin rekordunu təzələdi
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
-
Tramp: Bu gün ABŞ İrana çox güclü zərbə endirəcək





