“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sərfəli mobil operator "Nar"ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində "JestPlus" mobil tətbiqinin istifadəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib.
Görüşün məqsədi iştirakçıları "JestPlus" mobil tətbiqinin istifadə qaydaları və təqdim etdiyi imkanlarla tanış etmək olub.
Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan "JestPlus" tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə, inklüzivliyin təşviqinə və jest dilinin daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir. Bu mühüm sosial layihə "Nar"la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Qeyd edək ki, "JestPlus" tətbiqini "App Store" və "Google Play" platformalarından yükləmək mümkündür.
Tədbirdə Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətli, "Karlara Dəstək" İctimai Birliyinin sədr müavini Heydər Rəhimli, "Nar"ın Koprorativ sosial məsuliyyət və sponsor layihələri üzrə eksperti Nuranə Əliyeva və ADA Universitetinin nümayəndəsi, "JestPlus" layihəsinin texniki məsələlər üzrə rəhbəri Amir Adamov çıxış edərək rəqəmsal inklüzivliyin və əlçatan təhsil imkanlarının əhəmiyyətini vurğulayıblar. İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçılara tətbiqin funksiyaları nümayiş etdirilib, onların sualları cavablandırılıb və tətbiqdən istifadə ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
"Nar" cəmiyyətin müxtəlif qrupları üçün bərabər imkanların yaradılmasına və rəqəmsal əlçatanlığın artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.



Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)





