Keşlədə yağışların yaratdığı fəsadlar aradan qaldırılır - Qərargah yaradıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İntensiv yağan yağışlar nəticəsində 05 aprel 2026-cı il tarixində Bakı dairəvi magistral kollektoru su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşmışdır. Məlum olmuşdur ki, hadisəyə səbəb Xətai rayonu, Rəşid Bağırov küçəsində, magistral kollektorda bir müddət öncə baş vermiş çökmədir.
Milli.Az xəbər verir ki, çökmə nəticəsində tullantı sularının axın istiqamətinin məcburi qaydada dəyişərək alternativ xətlərə yönəldilmişdir. Qəza vəziyyəti drenaj-kanalizasiya sistemində kəskin yüklənmə yaradaraq magistral xətlərdə hidravlik təzyiqin kəskin artmasına səbəb olmuş, nəticədə M.Ə.Sabir küçəsinin relyef baxımından çökəklik ərazidə yerləşməsi kənarlaşdırıla bilməyən suların məhz bu nöqtədə intensiv toplanmasına şərait yaratmışdır. Ərazidə suyun səviyyəsinin sürətlə yüksələrək 1.2-1.5 metrə çatması nəticəsində 31 fərdi yaşayış evinə su dolma halı yaranmış, sakinlərin təhlükəsizliyi risk altına düşmüşdür. Ərazidəki evlər əsasən 30-40 il əvvəl inşa edildiyi üçün, köhnə tikililərin konstruksiyasına və vətəndaşların şəxsi əmlakına ciddi maddi ziyan dəymişdir.
Dərhal Nizami Rayon İcra Hakimiyyəti-nin təşəbbüsü ilə əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları, kommunal xidmət sahələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunmuşdur. Aidiyyəti strukturlar tərəfindən operativ koordinasiya təmin edilərək qəzanın nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin qorunması və ilkin zəruri yardım tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz işlər görülmüşdür.
Küçə boyu nəqliyyatın və piyadaların hərəkəti tamamilə məhdudlaşdırılmış, təhlükəsizlik məqsədilə elektrik və qaz təchizatı müvəqqəti dayandırılmışdır. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ərazidə ictimai asayişin qorunması və mühafizə tədbirləri həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xidmətləri və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərazidə 101 nəfər sakinlə bağlı operativ tədbirlər görülmüşdür. Həyata keçirilmiş xilasetmə işləri nəticəsində 34 nəfər sakn təhlükəsiz əraziyə təxliyyə edilmiş, digər sakinlər ilə fərdi söhbətlər aparılaraq lazımi maarifləndirmə və təhlükəsizlik qaydaları izah olunmuşdur. Eyni zamanda, ərazidə suyun səviyyəsinin aşağı salınması üçün xüsusi təyinatlı nasoslar və motopompalar cəlb olunmuşdur.
Təxliyyə olunan sakinlər Keşlə Şah Abbas məscidinin ərazsində olan inzibati binasında yaradılmış qərargahda yerləşdirilərək qida, isti geyim və tibbi-psixoloji yardımla təmin olunmuşlar. Müvəqqəti sığınacaq ehtiyacı olan 3 təsərrüfat üzrə ümumilikdə 7 sakinin yerləşdirilməsi məqsədilə əlavə yaşayış məkanları təşkil edilir. Hazırda ərazidə bərpa və təmizləmə işləri fasiləsiz davam etdirilir, fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülür, vəziyyət nəzarət altındadır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
-
Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu
XƏBƏR LENTİ
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
-
"Nəvələrimə smartfon vermirəm" - Qırğızıstan prezidenti
-
Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)
-
Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı - Hansı xətt hara gedir?
-
Türkiyənin iki bölgəsində dron həyəcanı: Biri bağçaya, digəri tarlaya düşdü
-
AMB uçot dərəcəsi ilə bağlı qərarı açıqladı
-
Əkizlər,Tərəzi və Xərçəng bürclərini çətin sınaqlar gözləyir
-
Artıq Bakı-Tbilisi qatarlarında 3 ay sonrayadək bilet ala biləcəksiniz
-
Məişət texnikası mağazalarının "pulsuz quraşdırılma" vədi nə dərəcədə dürüstdür? - ARAŞDIRMA
-
Prezident İlham Əliyev: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
-
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
-
İnternetdə qumar təşkilinə görə cəzalar artırılır - 4 ilədək həbs ola bilər
-
Prezident İlham Əliyev İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
-
ABB-dən qəribə qərar: "m10"-a pul köçürmələrinə məhudiyyət qoyuldu - (Foto)
-
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
-
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər





