Diplomatik missiyalarımıza daxil olan müraciətlərin sayı 1000 civarındadır, müraciətlərin daxil olduğu ölkələr BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Küveytdir.
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, "Fly Dubai" ilə danışıqlara başlanılıb və artıq Azərbaycana 5 uçuş həyata keçirilib.
"AZAL Səudiyyə Ərəbistanında olan zəvvarlar üçün xüsusi təxliyə reysi təşkil etdi, 200-dən çox şəxs təxliyə edildi. Onlardan 193-ü Azərbaycan vətəndaşı idi, araların azərbaycanlı olan Gürcüstan və Rusiya vətəndaşları idi. həyata keçiriləcək. Martın 7-si səhər saatlarında Ciddədən növbəti təxliyə reysi təşkil ediləcək. Yaxın Şərq ölkələrində olan diplomatik missiya üzvlərinin Ciddəyə gətirilərək oradan Azərbaycana təxliyə edilməsi planlaşdırılır"./Trend.Az
Milli.Az





