Ölkə

Siyəzən Broyler ASC məşhur Amerika brendinin Azərbaycan üzrə filiallarının eksklüziv təchizatçısı oldu

2 Mart 2026 17:33
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda qida sənayesi üçün əlamətdar hadisə kimi qiymətləndirilən "Popeyes" brendinin fəaliyyətə başlaması ilə bağlı 27 fevral tarixində açılış tədbiri keçirilib. Tədbirdə, markanın ekskluziv təchizat partnyoru kimi "Siyəzən Broyler" ASC-nin rəhbər heyəti də iştirak edib. Öz fikirlərini səsləndirməsi üçün səhnəyə dəvət edilən "Siyəzən Broyler ASC"-nin direktoru Cavid Abbasov öz fikirlərində bu cür bir markanın ölkəmizə gəlməsinin nə dərəcədə önəmli bir investisiya olduğunu vurğulayıb. Daha sonra o çıxışında bildirib: "2 marka arasındakı bu əməkdaşlıq iki il əvvəl atılan bir addımın nəticəsidir. Layihənin başlanğıc mərhələsində müəyyən çətinliklər və qeyri-müəyyənliklər olsa da, tərəfdaşların qarşılıqlı etimadı və ortaq vizionu bu prosesi uğurla tamamladı.

Layihənin ilk mərhələsində tərəfdaşlar tərəfindən verilən dəstək və öhdəliklər bütün proses boyu öz təsdiqini tapdı. İnam və güvən prinsipi əsasında qurulan əməkdaşlıq nəticəsində layihə ardıcıl və sistemli şəkildə inkişaf etdirildi. Bu gün Popeyes-in Azərbaycandakı ilk restoranının açılışı yalnız yeni bir brendin bazara daxil olması deyil, həm də yerli istehsal və təchizat zəncirinin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir.

Layihənin əsas tərəfdaşlarından olan Siyəzən Broyler şirkətinin seçilməsi təsadüfi deyil. Şirkət 1986-cı ildən fəaliyyət göstərir və Qafqaz regionunda ən böyük quşçuluq emal müəssisələrindən biridir. 2018-ci ildən etibarən həyata keçirilən modernizasiya və iri investisiyalar nəticəsində istehsal prosesləri tam inteqrasiya olunmuş modelə keçib. Əməkdaşlıq çərçivəsində və eləcə də "Siyəzən Broyler"-in bütün istehsal prosesində ətraf mühitin qorunması, təbiətə atılan karbon izi emissiyası və ekoloji tarazlığın qorunması məsələləri üzrə beynəlxalq standartlara əməl edilməsi şirkətin əsas prioritetlərindəndir. Şirkətin toyuq əti istehsal prosesi İSO 9001:2015, İSO 14001:2015, İSO 50001:2018, İSO 27001:2022, İSO 10002:2018 kimi beynəlxalq keyfiyyət sertifikasiyalarından, həmçinin, İSO 14064-1:2018 Beynəlxalq Karbon İzi Hesabatı və İSO 14046 Korporativ Su İzi Hesabatı üzrə beynəxlaq normativlərdən uğurla keçərək Beynəxalq Standartlara layiq istehsal prosesi olduğunu bir daha sübut etmişdir.

Siyəzən Broyler öz strukturunda inkubasiya mərhələsindən başlayaraq yem istehsalı, quşçuluq təsərrüfatları, kəsimxana, logistika və satış şəbəkəsinə qədər bütün istehsal zəncirini birləşdirir. Bu inteqrasiya olunmuş model yüksək keyfiyyətə nəzarəti və beynəlxalq standartlara uyğunluğu təmin edir.

Popeyes kimi nüfuzlu Amerika brendinin Azərbaycanda fəaliyyətə başlaması ölkənin qida sənayesi üçün mühüm inkişaf mərhələsidir. Belə bir brendin rəsmi təchizatçısı olmaq isə həm böyük şərəf, həm də ciddi məsuliyyətdir.

Hər gün yüz minlərlə istehlakçıya təqdim olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi prioritet olaraq qalır. Popeyes-in yüksək və sərt keyfiyyət standartlarına uyğunlaşmaq üçün bütün lazımi prosedurlar uğurla həyata keçirilib və audit mərhələləri müsbət nəticələnib.

Tərəfdaşlıq çərçivəsində əməkdaşlığın gələcəkdə daha da genişlənməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və fəaliyyətin davamlı şəkildə inkişaf etdirilməsi planlaşdırılır."  Bu fikirlərlə nitqini sonlandıran Cavid Abbasov bir daha uğur və təbrik diləklərini çatdırıb.

Qeyd edək ki, "Popeyes" Azərbaycan üzrə restoranlar şəbəkəsində "Siyəzən Broyler" ASC  ilə əməkdaşlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.