Hindistandan ölkəmizə gələn turistlərin sayı azalacaq - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hindistanın "IndiGo" aviaşirkətinin regionda baş verən hadisələrə görə təhlükəsizlik səbəbindən fevralın 28-dək ölkəmizə uçuşları ləğv etməsi Hindistandan Azərbaycana gələn turist axınına mənfi təsir göstərəcək.
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, Hindistan Azərbaycan turizmi üçün böyük və əhəmiyyətli bazarlardan biridir.
Onun sözlərinə görə, "IndiGo" aviaşirkətinin uçuşları təxirə salması Hindistandan ölkəmizə gələn turistlərin sayının azalmasına səbəb olacaq.
"Eyni zamanda digər Asiya ölkələrindən olan turistlər də "IndiGo" aviaşirkəti vasitəsilə tranzit olaraq Bakıya gəlir, buradan isə başqa ölkələrə səfər edirdilər. Bu reyslərin müvəqqəti dayandırılması tranzit sərnişin axınına da təsir göstərəcək. Yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır və növbəti aydan etibarən müntəzəm uçuşların bərpası nəzərdə tutulur".
Turizm eksperti Xəyyam Fuadlı bildirib ki, uçuşların ləğv edilməsi Hindistandan ölkəmizə gələn turist axınına mənfi təsir göstərəcək.
"Bu qərar Hindistandan birbaşa və tranzit reyslər vasitəsilə Azərbaycana səfər edən turistlərin sayının müvəqqəti azalmasına səbəb olacaq. Hindistan Azərbaycan turizmi üçün mühüm və perspektivli bazarlardan biri hesab olunduğundan, uçuşların dayandırılması turizm şirkətlərinin satışlarına, hotellərin doluluq səviyyəsinə və ümumi turist axınına təsirsiz ötüşməyəcək. Eyni zamanda "IndiGo" aviaşirkəti ilə Asiyanın digər ölkələrindən Bakıya tranzitlə gələn sərnişin axınında da azalma müşahidə oluna bilər. Bu vəziyyət qısamüddətlidir və təhlükəsizliklə bağlı risklər aradan qalxdıqdan sonra uçuşların bərpası ilə Hindistandan Azərbaycana turist axınının yenidən əvvəlki səviyyəyə çatacağı gözlənilir.
Qeyd edək ki, ölkəmizə gələn turistlərin sayına görə, Hindistan Rusiya Federasiyası və Türkiyədən sonra üçüncü yerdədir.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir





