Kredit borcu olanların NƏZƏRİNƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar bəzi banklarda faizdən də faiz tutulur. Belə ki, borc götürənlər müəyyən maliyyə çatışmazlığı səbəbindən borc öhdəliyini yerinə yetirə bilmir. Bu halda faiz borcu yaranır. Faiz borcuna əlavə faizin hesablanması, borc miqdarının artmasına və ödəmənin daha da çətinləşməsinə gətirib çıxarır.
"Kredit müqaviləsində qeyd olunmayıbsa..."
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ümumiyyətlə bankın gecikməyə görə yaranmış faiz borcunun özünə yenidən faiz hesablaması qanuni sayılmır:
"Azərbaycan hüququnda əsas prinsip ondan ibarətdir ki, əsas borca faiz tutulması mümkündür, ödəniş gecikdikdə isə əlavə olaraq penya və ya gecikmə faizi tətbiq edilə bilər. Ancaq artıq hesablanmış faiz məbləğinin üzərinə yenidən faiz tutulması yalnız kredit müqaviləsində açıq və birmənalı şəkildə göstərildiyi halda və istehlakçının hüquqlarını pozmadığı vəziyyətlərdə mümkün hesab oluna bilər.
Əgər müqavilədə bu məsələ dəqiq yazılmayıbsa və ya şərt borcalan üçün həddindən artıq ağırdırsa, bankın faizdən faiz tutması məhkəmə tərəfindən qanunsuz hesab edilə və ləğv oluna bilər. Məhkəmə təcrübəsində çox vaxt yalnız əsas borcun, əsas faizlərin və ağlabatan gecikmə cəriməsinin saxlanılması, faizdən faizin isə çıxarılması halları olur.
Belə vəziyyətdə borcalan kredit müqaviləsini diqqətlə yoxlamalı, bankdan yazılı izah tələb etməlidir. Zərurət olduqda, borclu məhkəməyə müraciət edərək bu məbləğin qanunsuz tutulduğunu iddia edə bilər".
Qanunvericiliyin tələbi
Nəzərə alaq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.
Ali Məhkəmə qərarında vurğulanıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 449-cu maddələrinin məzmununa görə gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması "faizdən faiz" tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir.
Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
XƏBƏR LENTİ
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq





