Ölkə

Səməd Seyidovun adından saxta açıqlama yayıldı - RƏSMİ

27 Dekabr 2025 20:47
Baxış: 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi sosial şəbəkə hesablarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından "deep fake" texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.

Medianın İnkişafı Agentliyindən Milli.Az-a bildirilib ki, süni intellektin köməyi ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deep fake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - deyə Medianın İnkişafı Agentliyinin məlumatında bildirilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.