Ölkə

Anar Əsədli məhkəmədə ifadə verdi

19 Dekabr 2025 19:09
Baxış: 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədli ifadə verib.

O bildirib ki, zərərçəkən şəxsləri illərdir ki, tanıyır: "Zərərçəkmiş deyilən şəxslərlə illərdir dostluq münasibətim vardı. Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı. İlham Hüsynli mənə "siyasi liderim" deyirdi. Amma bu gün mənim həbsimə çalışır. Etibarla (Anar Əsədlinin işi üzrə zərərçəkən qismində tanınan Etibar Nəsirov-red.) 2017- 2018-də tanış olmuşam, yaxın münadibətimiz olub. Atam rəhmətə gedəndə ondan 5000 aldım, 2 minini verdim, 3 mini qaldı. Pulu ona qaytaranda isə götürmədi. Mənim günahım o idi ki, onlara inanmışam.

2022-ci ilin oktaybrında keçmiş nazirlərdən biri çağırdı məni, dedi ki, Oqtay Qasımov səndən şikayətçidir, pul söhbəti var. Zəng vurdum Oqtaya, dedi ki, olmayıb elə söhbət.
Oqtay Qasımovun iddia etdiyi bütün məbləğ qaytarılıb. İlhamın da pulu qaytarılıb. Etibarın da 3 min manatını qaytarmışam, pulu götürməyib. Onun niyyəti pisdir. İstəyir ki, məni həbs etdirsin. Oqtay müsahibəsində deyib ki, Anar Əsədli və onun müavinini rədd edin, bunlar təhlükəlidirlər".

Prosesin davamında vəkil Zibeydə Sadıqova təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsavət verib.

Vəsatət təmin edilməyib.

Növbəti proses yanvarın 9-na təyin edilib.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib. (APA)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.