Böyük avtobusları "Qazel"lə əvəzlədilər - Sərnişinlər narazıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində fəaliyyət göstərən 157 və 158 nömrəli marşrut xətlərinə aztutumlu avtobusların buraxılması yerli sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, əvvəllər bu marşrutlarda "İveco" markalı, iritutumlu avtobuslar hərəkət edirdi. Onların fikrincə, yeni "QAZel" markalı mikroavtobuslar sərnişin axınının çox olduğu qəsəbə üçün yararlı deyil.
"Köhnə avtobuslar geniş idi, sərnişinlər rahat gedib-gəlirdi. İndi isə "QAZel"lər çox kiçikdir, içərisi tez dolur, insanlar avtobusa minməkdə çətinlik çəkirlər. Hər gün məktəbə və işə getmək müşkülə çevrilib," - sakinlərdən biri bildirib.
Onlar həmçinin marşrut sahiblərinin dəyişməsindən narazıdırlar və bunun məqsədli şəkildə edildiyini iddia edirlər. Məsələn, 158 nömrəli xətt üzrə istismara buraxılan "QAZel"lərdə kondisioner sistemi olmadığından yay aylarında sərnişinlər və sürücülər isti hava şəraitində əziyyət çəkiblər.
Məsələyə münasibət bildirən Avtomobil Yolları və Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov oxu.az-a açıqlamasında qeyd edib ki, sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması məqsədilə marşrutlarda mütəmadi monitorinqlər aparılır.
"Monitorinqlər zamanı nöqsan aşkarlanan daşıyıcıların fəaliyyətinə yenidən baxılır və həmin marşrutlar mərhələli şəkildə müsabiqəyə çıxarılır. Müsabiqənin nəticəsinə əsasən yeni alınmış avtobuslar istismara buraxılır," - o bildirib.
Tural Orucov əlavə edib ki, AYNA daşıyıcılara avtobusların sayını artırmaq və mərhələli şəkildə iritutumlu nəqliyyat vasitələrinə keçid etmək barədə göstəriş verib.
Qeyd edək ki, 157 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə ilə birləşdirir və sentyabr ayından etibarən yeni avtobuslarla xidmət göstərir. 158 nömrəli xətt isə Xocəsən qəsəbəsi ilə "Memar Əcəmi" metrostansiyası arasında fəaliyyət göstərir və bu ilin mayında yenilənmiş nəqliyyat vasitələri ilə işə başlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib -
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen In-ın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib -
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)
-
"Borussiya" Azərbaycanla bağlı video paylaşdı
-
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
-
Yavər Şıxəliyev vəfat etdi
-
Prezident İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - (Video)
-
"Qalatasaray"ı Fransada ordunun xüsusi təyinatlıları qoruyacaq
-
Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək
-
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
-
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
-
"Sabah"la matçın favoriti bizik" - "Borussiya"nın baş məşqçisi
-
"Sabah"a görə bu marşrutların istiqaməti dəyişdirilir
-
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma





