Ölkə

Azərbaycanda iqlim risklərinin miqyası kəskin artdı - Umayra Tağıyevadan AÇIQLAMA

17 Oktyabr 2025 10:58
Baxış: 756
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Son 10 ildə Azərbaycanda iqlim risklərinin miqyası kəskin artıb".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, bu dövrdə daşqın hadisələrinin sayı 80 dəfədən çox, quraqlıqların davametmə müddəti isə 18% artıb:

"Həmçinin 30 dərəcədən yüksək temperatur olan günlərin sayı 6 dəfə, meşə yanğınları 5 dəfə, güclü küləklər (saniyədə 25 metrdən artıq sürətlə) 12 dəfə, intensiv yağıntı hadisələri isə 6 dəfə çoxalıb".

Nazir müavini qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) qiymətləndirmə hesabatı şəhərlərin üzləşdiyi risklərin artdığını vurğulayır:

"Daha tez-tez baş verən istilik dalğaları, daşqınlar, su çatışmazlığı, infrastrukturun zədələnməsi şəhərlər üçün ciddi çağırışlardır. Hazırda IPCC-nin 7-ci qiymətləndirmə dövrü aparılır, bu çərçivədə iqlim dəyişikliyi və şəhərlər üzrə xüsusi hesabat hazırlanır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.