Ölkə

Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib - FOTO

15 İyul 2025 10:01
Baxış: 362
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-ci il iyulun 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov dördüncü "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşovla növbəti dəfə görüş keçirib.

Görüş zamanı Səbuhi Göyüşovun birillik fərdi inkişaf planı ətrafında aparılan işlər qiymətləndirilib, görülən tədbirlər və onların hazırkı vəziyyəti geniş müzakirə olunub.

Bundan əlavə, fərdi inkişaf proqramına uyğun olaraq Kollegiyanın həyata keçirdiyi əlavə tədbirlər, eləcə də Səbuhi Göyüşovun peşəkar inkişafına dəstək verəcək digər layihələr barədə fikir mübadiləsi aparılıb, hər iki tərəf qarşılıqlı təkliflərini bölüşüb.

Səbuhi Göyüşov isə dördüncü "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində VK sədri Anar Bağırova yaradılan imkan və səmimi görüşə görə bir daha təşəkkürünü ifadə edib.  

Qeyd edək ki, VK tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə və layihələrdə Səbuhi Göyüşovun fəal iştirakı davam edir. 

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.