İki ay öncə avtomobil vuran qadın xəstəxanada ölüb.
Milli.Az xəbər verir ki, hadisə 20 fevralda Binəqədi qəsəbəsində baş verib.
Belə ki, Kamran Ağayevin idarə etdiyi "Mitsubishi Pajero" markalı 77-CM-706 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yolun kənarında yerləşən avtobus dayanacağında dayanmış Saray Səlimovanı vurub.
Saray Səlimova Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, o, dünən ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Milli.Az