Ölkə

DİN-dən dələduzlarla bağlı xəbərdarlıq: "I" yerinə "1"...

6 Aprel 2025 22:28
Baxış: 1 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

"Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmalarının olub-olmadığını yoxlayın", - E.Hacıyev qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.