Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az teleqraf-a istinadən xəbər verir ki, hadisə Göygölun Hacıməlik kəndi ərazisində qeydə alınıb.
Şirkətə məxsus yük avtomobilini idarə edən sürücü A. İbrahimov avtomobili aşırıb.
Hadisə yerinə Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az