İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir - Şövkət Məhərrəmova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mükafata layiq görülməyim haqqında məlumatı ilk dəfə iş yoldaşımdan eşitdim. Mənə Prezident İlham Əliyevin sərəncamını göndərdi və orada öz adımı görəndə çox həyəcanlandım. Xəbəri ilk elə yanımdakı iş yoldaşlarımla bölüşdüm.
Bu sözləri Trend-ə ötən gün Prezident mükafatına layiq görülən gənclərdən olan, rejissor Şövkət Məhərrəmova təəssüratlarını bölüşərkən deyib.
O bildirib ki, bu mükafat onu daha böyük uğurlara imza atmağa ruhlandırır:
"Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük bir şərəfdir. Bu mükafatı qazanmaq eyni zamanda mənim məsuliyyətimi artırır. Ümid edirəm ki, mənə göstərilən bu etimadı daima doğruldacağam. Bu çox böyük motivasiyadır və daha böyük uğurlara imza atmağa ruhlandırır.
Prezident İlham Əliyevin gənclər siyasəti, onların ölkənin gələcəyində mühüm rol oynamasına şərait yaradır və onların potensialını ən yüksək səviyyəyə çatdırmaq üçün zəmin yaradır. Gənclər bu siyasətin dəstəyi ilə daha fəal, yaradıcı və müstəqil vətəndaşlar kimi yetişir və ölkənin inkişafına öz töhfələrini verirlər".
Şövkət Məhərrəmova qeyd edib ki, o, gələcəkdə, daha da irəliləmək, müxtəlif layihələrə imza atmaq və sənət sahəsindəki fəaliyyətini daha geniş miqyasda inkişaf etdirmək istəyir:
"Eyni zamanda, gənc rejissorların yetişməsinə dəstək olmaq, onların inkişafı üçün müasir tədris metodları tətbiq etmək və onları daha çox praktiki təcrübə ilə təmin etmək məqsədindəyəm. Qarşıda post production mərhələsində olan filmim var, onu bitirdikdən sonra müxtəlif festivallara göndərməyi planlaşdırıram.
Gənclər günü ilə bağlı bütün gəncləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirəm".
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilir:
Ağalarov Mircavid Elşad oğlu
Əjdərli Aytac Ceyhun qızı
Əzimov Rüstəm Bakir oğlu
Hacıbəyli Rafael Siyavuş oğlu
İsrafilova Fatimə Seymur qızı
Məhərrəmova Şövkət Fikrət qızı
Məmmədzadə Vüqar Əbdüləli oğlu
Muradova Jalə Tərlan qızı
Nuruzadə Ömər İman oğlu
birgə fəaliyyətə görə:
Abdullayev Nihat Rauf oğlu
Əliyeva Ləman Əhəd qızı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mesut Özilin aktrisa xanımı geyimi ilə müzakirə yaratdı - (Video)
-
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
-
Bakının və Lənkəranın bəzi ərazilərində işıq kəsiləcək
-
Paytaxtın dörd rayonunda işıq olmayacaq
-
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Şəmkirdə avtomobillər toqquşub, üç nəfər xəsarət alıb (Foto)
XƏBƏR LENTİ
-
Xarici QHT-lər Prezident İlham Əliyevin Şuşa Media Forumunda sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər - (Foto)
-
Messi ən yaxşı oyunçu seçiildi
-
Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
-
Sıla Gəncoğlu və İlyas Yalçıntaş saxlanıldı
-
Mesut Özilin aktrisa xanımı geyimi ilə müzakirə yaratdı - (Video)
-
Haluk Levent həbs olundu
-
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
-
Qızılın qiyməti 4034 dollara düşdü
-
İyulun 16-na rəsmi valyuta məzənnələri açıqlandı
-
İkardi "Qalatasaray"dan getdi
-
Neft qiymətləri ucuzlaşıb
-
Bakının və Lənkəranın bəzi ərazilərində işıq kəsiləcək
-
"Qarabağ" "Vestri" ilə cavab oyununa çıxır
-
Psixopatlarla rastlaşma ehtimalınızın ən yüksək olduğu 10 peşə
-
Sürətli çəki artıran ən pis 3 səhər yeməyi açıqlandı
-
İzdihamdan qaçıb hüzuru evində tapanlar: Ən ailəcanlı 5 bürc
-
Sgroppino: İtalyan limon içkisi resepti
-
Qarderobların içində kifdən əsər-əlamət qoymayan üsul aşkarlandı
-
Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"
-
Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada
-
Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
-
DÇ-2026: Argentina finalda İspaniyanın rəqibi oldu - Yenilənib
-
Çölü nazik, içi bol içlikli: İçli köftə necə hazırlanır?
-
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək





