Ölkə

Bakıda restoranda biabırçı görüntülər - FOTO

22 Yanvar 2025 07:28
Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kütləvi qidalanmanın təşkil edildiyi iaşə obyektlərinə nəzarət tədbirləri çərçivəsində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 37-də fəaliyyət göstərən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus "Dükkan" restoranında yoxlama keçirilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. İstehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq istehlaka təqdim edilməsinin qarşısı alınıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub.

İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.