Qışda su içməyən xanımlara BƏD XƏBƏR - Könül Kərimova xanımların bilmədiyi sirri açdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qışda, xüsusilə havaların soyuq və rütubətinin aşağı olduğu dövrlərdə üz dərisinin quruması və daha çox zədələnməsi riski artır. Bu səbəbdən üz dərisini qidalandırmaq və qorumaq üçün əlavə diqqət və xüsusi qulluq tələb olunur.
Milli.Az olaraq qışda üz dərisinin sağlam qalması üçün nələr edə biləcəyimizi öyrənmək üçün kosmetoloq Könül Kərimova ilə həmsöhbət olduq.
Onun sözlərinə görə, qışda dərinizin nəmlənməsini təmin etmək üçün daha ağır və qidalandırıcı, yağlı tərkibli kremlərdən istifadə etmək faydalıdır:
.jpg)
"Bu cür məhsullar dərinin qurumasının qarşısını alır və uzun müddət nəmlənmiş qalmasına kömək edir. Bu maddə dəriyə dərin nəmləndirmə verərək, suyu dərinin daha dərin qatlarına çəkir. Qışda bu cür məhsulları istifadə etmək dərini təravətləndirir. Qışda dəriniz daha çox quruduğuna görə, ölü hüceyrələri aradan qaldırmaq və dəriyə yenilik gətirmək vacibdir. Lakin, kimyəvi peelinglərdən istifadə edərkən diqqətli olun və çox sərt eksfoliasiyalardan qaçın. Yumşaq peelinglər və ya enzimli maskalar dərini təmizləyir və daha parlaq bir görünüş təmin edir. Qidalandırıcı üz maskalarından da istifadə edə bilərsiniz. Bu zaman dəriniz nəmlənəcək və qışın soyuğunda itirilmiş suyu geri qaytarmağa kömək edəcək. Maskaların içində olan maddələr (avokado, bal, yağlar və vitaminlər) dərinin sağlam və elastik görünməsinə kömək edir. Yağlı üz maskaları (kakao yağı, jojoba yağı, badam yağı və s.) dərinin təbii yağ balansını bərpa edir və quruluğu azaldır".
Mütəxəsis deyir ki, qışda günəşdən qorunma çox vacibdir, çünki soyuq hava və qarın əks etdirdiyi günəş şüaları dərinizin zədələnməsinə səbəb ola bilər.
.jpg)
"Bu səbəbdən, qışda da SPF (günəşdən qorunma faktorlu) məhsullardan istifadə etməlisiniz. Soyuq havada bəzən dərinizin üzərində çoxlu kir və yağ yığılaraq dəri tıxanabilər. Buna görə də, gündəlik olaraq yüngül və dərini qurutmayan təmizləyicilərdən istifadə edin. Təbii təmizləyicilər (bal, aloe vera və s.) dərini qurudulmadan təmizləyərək sağlam qalmasına kömək edir. Gecə dərisi gündüzdən daha çox bərpa olunur, buna görə də gecə kremi və ya üz yağı istifadə edərək dərinin daha yaxşı bərpa olunmasını təmin edə bilərsiniz. Retinol və vitamin C kimi maddələr gecə istifadəsi üçün yaxşı seçimlərdir, çünki onlar dərinin hüceyrə yenilənməsini stimullaşdırır. Ev və iş yerində isə istilik sistemləri dərinin qurumasına səbəb ola bilər. Bu səbəbdən hava nəmləndirici cihazlardan istifadə edərək havadakı rütubəti artırın və dərinizin su balansını qoruyun", deyə o, vurğulayır.
Həmsöhbətimiz tövsiyə edir ki, qışda su içməyi qəti unutmaq olmaz:
.jpg)
"Bəzən su içmək unudula bilər, lakin dərinizin sağlamlığı üçün bu çox önəmlidir. Dərinin nəmlənməsini təmin etmək və təravətini qorumaq üçün gündə ən az 8-10 stəkan su içməyə çalışın. Qışda üz dərisini düzgün və davamlı şəkildə qidalandıraraq həm görünüşünü, həm də sağlamlığını qorumaq mümkündür. Yuxarıdakı tövsiyələrə riayət etməklə dərinizin soyuq hava şərtlərinə qarşı mübarizəsini gücləndirə bilərsiniz".
Xəyal Abdullayev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bu 4 əlaməti görməzdən gəlməyin
XƏBƏR LENTİ
-
Ağcabədidə məktəb binasında yanğın baş verib
-
Həbs qoyulmuş 3 milyon manat və 6 nəfərin adı: Azinvest-də nə baş verir?
-
"Mançester Yunayted"dən antirekord
-
Azərbaycanda məşhur bank köçürmələr üzrə komissiyanı 2 dəfə artırır
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
-
Hava ilə bağlı son məlumat
-
Rubiyandan Azərbaycanla bağlı açıqlama
-
Spirtli içkidən 32 nəfər öldü - İranda
-
Mayk Lav 85 yaşında vəfat etdi
-
Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub
-
Başak Gümülcinelioğlu yeni layihədə yer alacaq
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
-
XIII turun növbəti görüşləri keçiriləcək
-
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edildi
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək
-
Tuna balığı alarkən iki dəfə düşünün
-
Pişik sahibini niyə iyləyir?
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)





