Ölkə

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul olundu

22 Yanvar 2025 09:25
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar - görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.