Dünya

Bu ölkə Bəşər Əsədin həbsinə order verdi

22 Yanvar 2025 09:22
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada istintaq hakimləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə həbsinə növbəti order verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "France-Press" məlumat yayıb.

Bildirilib ki, bu order 59 yaşlı fransız əsilli suriyalı Salah Abu Nabunun ölümünü araşdıran Fransa Milli Antiterror Prokurorluğunun sorğusu əsasında verilib. 

Qeyd olunub ki, o, 2017-ci ildə Dəra əyalətindəki evinin Suriya ordusunun helikopterlərindən atəşə tutulması nəticəsində həlak olub.

Prokurorluq yeni order tələbini Əsədin artıq məhkəmə proseslərindən dövlət toxunulmazlığına malik olmaması ilə əsaslandırıb. Bu, artıq Suriyanın keçmiş lideri üçün ikinci həbs orderidir. Əvvəlki, Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə bağlı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.