Türkiyə

Məktəbdəki biabırçı görüntülərdən sonra 10 nəfər işdən qovuldu - FOTO

21 Yanvar 2025 10:54
Baxış: 2 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbdə çəkilən kadrlar müzakirə doğurub.

Milli.Az xəbər verir ki, İzmirdə məktəbdə müəllimlərin içki məclisi təşkil etməsi geniş müzakirələrə yol açıb.

Bornova Yahya Kamal Bayatlı adına orta məktəbdəki məzuniyyət tədbirində bədən tərbiyəsi müəlliminin məktəb həyətində şampan açdığı görüntülərdən sonra İzmir İl Milli Təhsil İdarəsi tərəfindən araşdırma başladılıb.

Valideynlərin etirazına səbəb olan bu videoda müəllimlərin məktəbdə rəqs edib şampan içdiyi müşahidə olunub. Müəllimlərin məktəb daxilində içki içməsi də valideynlərin kəskin reaksiyası ilə qarşılanıb.

İzmir İl Milli Təhsil İdarəsinin apardığı araşdırma nəticəsində videoda görünən 6-sı müəllim, 4-ü məktəb rəhbərliyindən olmaqla, ümumilikdə 10 təhsil işçisi vəzifəsindən uzaqlaşdırılıb.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.