Dünya

Bu ölkədə ictimai yerlərdə niqab qadağan edildi

22 Yanvar 2025 08:18
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların üzünü örtən geyimlə ictimai yerlərdə görünməsini qadağan edən qanun imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq məlumat respublika Prezidentinin rəsmi saytında dərc edilib.

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inanc və dini mərasimlərin keçirilməsini qadağan edir. Dövlət həmçinin ictimai yerlərdə və təhsil müəssisələrində dini ədəbiyyatın yayılmasını məhdudlaşdırır. 

Bundan başqa dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. 

Sözügedən qanun layihəsinə əsasən, qaydalara riayət etməyənlər 20 min som (təxminən 389 manat) məbləğində cərimələnəcəklər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.