Taksi sürücülərinin diqqətinə!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin fevral ayının 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçiriləcək.
Bu barədə Milli.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında "Şəxsi kabinet" yaratmalı (kabineti olmayanlar) və 13 yanvar saat 14:00‑dan 31 yanvar saat 18:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:
1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
3. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
"Şəxsi kabinet"in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidl'rə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə Regional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
Qeyd edilib ki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçirlər. Eyni zamanda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair, eləcə də taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair təsdiq olunmuş proqramlar üzrə xüsusi hazırlıq keçirlər.
Hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə tədrisin nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, müvafiq sənədlərin verilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan millisi Avropa çempionatında İspaniya ilə qarşılaşacaq
-
Qazaxda iki minik avtomobili toqquşub, ölənlər var
-
Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndəriləcək
-
Göyçayda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var
-
“Teşkilat”a yeni aktyor gəldi
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
XƏBƏR LENTİ
-
Azərbaycan millisi Avropa çempionatında İspaniya ilə qarşılaşacaq
-
Qazaxda iki minik avtomobili toqquşub, ölənlər var
-
Rusiyanın itkiləri yeniləndi
-
Tayvanda tullantıların arasında başlayan yanğın partlayışa səbəb oldu
-
Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndəriləcək
-
Göyçayda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var
-
Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir
-
ABŞ-nin dövlət borcu 50 trilyon dollara çata bilər
-
“Teşkilat”a yeni aktyor gəldi
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
-
Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
-
Azərbaycanda xarici onlayn xidmətlərə vergi tələbi qüvvəyə mindi
-
Gədəbəydə ağır qəza: Niva yoldan çıxaraq aşıb
-
Məşhurların ölümündən sonrakı “macəraları” – MÜƏMMA davam edir
-
Makaronun yapışmaması üçün sadə üsul
-
Bu bitki stressi və qan şəkərini azaltmağa kömək edə bilər
-
Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi
-
Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
-
Maşında ürəkbulanmanın yaranma səbəbi
-
Bu restoranda hər şey baş-ayaqdır: Nə masası var, nə də qapısı...
-
Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş
-
2026-cı ilin noyabrı dünyanın sonudur! - Alimlər 66 il əvvəl niyə belə düşünüb?
-
Dabanınız çatlayırsa, bunu edin





