Hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aparılır.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.
O bildirib ki, əsas məqsəd bütün sui-istifadə hallarının qarşısının alınmasıdır.
"İndi qanunvericilikdə elektron kabinetlərin yaradılması, bütün məlumatların bu vasitə ilə verilməsi nəzərdə tutulur. Ali və tam orta təhsillini fərqləndirmək yox, onların bərabərləşdirilməsi lazımdır.
Burada ali təhsillilərlə orta təhsillilərin fərqi nəzərdə tutulur. Bununla bağlı düşünürük. Amma müddətin azaldılmasına hələlik hazır deyilik".
Milli.Az