Ölkə

Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələri Qırmızı Qəsəbəyə səfər ediblər - FOTO

11 Dekabr 2024 10:44
Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 10-da Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) yeni seçilmiş prezidenti Michael Tuchin, o cümlədən komitənin hazırda prezident səlahiyyətlərini icra edən Dr. Bernard Kaminetski və beynəlxalq əlaqələr üzrə direktoru Stephen J. Schneider Qırmızı Qəsəbəyə səfər ediblər.

Səfər çərçivəsində komitənin nümayəndələri qəsəbənin tarix-mədəniyyət abidləri, ənənələri, sinaqoqları, gəzməli və görməli yerləri ilə  yaxından tanış olub, Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər.  

Ali qonaqlara muzeyin fəaliyyəti, yəhudi icmasının Azərbaycanda çoxəsrlik tarixi, dağ yəhudilərinin mədəni irsi,  Azərbaycanın ictimai həyatındakı rolu haqqında geniş məlumat verilib, onlara muzeydə sərgilənən eksponatlar nümayiş olunub.

Görüş zamanı Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov  Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələrinə Azərbaycanda mövcud olan unikal multikulturalizm və tolerantlıq ənənələri barədə ətraflı məlumat verib. O, əsrlər boyu müxtəlif dinlərə, millətlərə və mədəniyyətlərə məxsus insanların  Azərbaycanda harmoniya şəklində birgə yaşamasının cəmiyyətin əsas dəyərlərindən biri olduğunu və bunun dövlət siyasətində də öz əksini tapdığını vurğulayıb. 

Səfər zamanı ali qonaqlar Azərbaycanda qorunan bu böyük dəyərlərin  nəinki region, dünya ölkələri üçün də bir  nümunə olduğunu diqqətə çatdırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.