Ölkə

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

7 Dekabr 2024 11:54
Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xırdalan şəhəri ərazisində quldurluq hadisəsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 64 yaşlı qadın polisə yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə hədələyərək onun 800 manat dəyərində qızıl sırğalarını talamasını bildirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.