50 il bundan əvvəl başlayan yol - ŞİMALİ KİPR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şimali Kipr Türk Respublikasının taleyi düz 50 il bundan əvvəl Kipr Sülh Hərəkatı ilə həll olunub.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, 1974-cü ilin iyulun 20-də başlanan hərəkatla Kipr türkləri uzun illər çəkdikləri ağrı və məşəqqətlərə son qoymağı bacarıblar. Türkiyənin ovaxtkı Baş naziri Bülənt Ecevitin birbaşa rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində adada türklərə qarşı aparılan soyqırımına son qoyulub.
Kipr Sülh Hərəkatı nəticəsində adanın 37 faizi türklərin nəzarətinə keçib, adanın Yunanıstan tərəfindən ilhaqının qarşısı alınıb. Həmçinin ölkənin bugünkü sərhədləri müəyyənləşib, 1975-ci il fevralın 13-də Kipr Türk Federasiyası qurulub. Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş 15 noyabr 1983-cü ildə elan olunan Şimali Kipr Türk Respublikasının (ŞKTR) ilk prezidenti seçilib.
ŞKTR artıq 41 ildir ki, 15 noyabr tarixini Milli müstəqillik günü kimi qeyd edir.
.png)
Bu günədək müstəqilliyi tanınmayan Şimali Kipr Türk Respublikasından fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.
Şimali Kipr müxtəlif sivilizasiyaları özündə cəmləşdirən mədəni irsə məxsus, xidmət sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata malik yarıprezident demokratik respublikasıdır. İqtisadiyyat 2000 və 2010-cu illərdə sürətlə böyüməyə başlayıb və adambaşına düşən ümumi daxili məhsul (ÜDM) gəliri üç dəfədən çox artıb. Tətbiq olunan embarqoların ölkə iqtisadiyyatının inkişafına təsiri istər-istəməz özünü göstərir.
Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.
Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunda təmsil olunan Şimali Kiprin tezliklə tamhüquqlu üzv olması gözlənilir.
Ölkənin rəsmi dili türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur.
.jpg)
Hazırda ölkədə Şimali Kipr Türk Respublikasının yaradılmasının 41-ci ildönümü münasibətilə bayram tədbirləri keçirilir. Belə tədbirlərdən biri də bugünlərdə Lefkoşa şəhərində Fazıl Küçük bulvarında təşkil olunub. Paradı ŞKTC-nin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, millət vəkilləri, yüksək rütbəli hərbçilər, siyasi partiyaların nümayəndələri və başqaları izləyiblər. Paradda çıxış edən Prezident Ersin Tatar ŞKTC-nı Türk dünyasının ayrılmaz hissəsi adlandırıb və vurğulayıb ki, onların yeganə arzusu inamlı inkişaf, təhlükəsizlik və sülhdür.
"Yavru vətən" adlandırılan Şimali Kiprlə Azərbaycan arasında mehriban münasibətlər mövcuddur. Ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə turizm, elm və təhsil əlaqələri möhkəmdir. Cari ilin aprelində Azərbaycan - Şimali Kipr Türk Respublikası Parlamentlərarası Dostluq Qrupunun yaradılması əlaqələrimizin genişlənməsinin təzahürüdür.
Təsadüfi deyildir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) rəhbəri Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətlərinin birliyinə xüsusi önəm verməsini və bu istiqamətdə mövqeyini yüksək qiymətləndirir. Azərbaycana səfərlərini Şimali Kiprin tanınması istiqamətində mühüm addım kimi dəyərləndirən Ersin Tatar dəfələrlə Lefkoşanın Bakı və Ankara ilə "Bir millət, üç dövlət" kəlamı ruhunda dialoq qurduğunu da vurğulayıb. Dövlətimizin başçısının cari ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünə ŞKTC Prezidentini də dəvət etməsi bütün məqamlara aydınlıq gətirir.
.jpg)
Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzidir. Daha bir təşkilat isə Azərbaycan-Şimali Kipr Gəncləri Birliyidir.
ŞKTR haqqında 10 maraqlı fakt:
• 1974-cü ilin 20 iyul -Kipr Sülh Hərəkatı başlayıb.
• 1975-ci il 13 fevral- Kipr Türk Federasiyası təsis edilib.
• 1983-cü il 15 noyabr - Şimali Kipr Türk Respublikası (ŞKTR) yaradılıb.
• ŞKTR-in ilk Prezidenti Rauf Denktaş olub.
• Ölkənin müstəqilliyini tanıyan yeganə ölkə Türkiyədir.
• Şimali Kipr TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvüdür.
• Kipr adasının üçdə birini təşkil edən Şimali Kipr 3.355 kvadrat kilometr əraziyə sahibdir.
• Rəsmi dili türk dili, rəsmi pul vahidi türk lirəsidir.
• Paytaxtı Lefkoşa, əsas şəhərləri Girne, Mağusa, Güzelyurt, İskele, Lefkedir.
• Şimali Kiprin inkişafına təsir göstərən əsas sahələrdən bir də turizmdir.
.jpg)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
-
Almaniya Putinin bu tələbini rədd etdi
-
Daha bir ölkədə hantavirusa yoluxma qeydə alındı
-
Antarktida sürətlə əriyir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb - VİDEO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
-
Kilian Mbappe oyunda oynamayacaq
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN
-
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
-
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb
-
Prezident İlham Əliyev: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq
-
Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq
-
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək





