Ölkə

Leyla Əliyeva Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi layihəsinin təqdimatında - FOTO

11 Noyabr 2024 18:40
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda keçirilən COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında keçirilən sərgi və müzakirələr davam edir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva layihə çərçivəsində COP29 məkanında və Dənizkənarı Milli Parkda təşkil edilən sərgi ilə tanış olublar. 

Qeyd edək ki, COP29 zamanı FINS Initiative adı altında xüsusi panel müzakirələr və sərgi proqramı təşkil olunub. Sərgi çərçivəsində sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan, onların qorunmasının vacibliyini ön plana çıxaran fotolar nümayiş etdirilir.

11 gün ərzində COP29-un Yaşıl Zonasında qurulmuş pavilyonda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayiş olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.