“Əngəlsiz qayıdış” adlı filmin təqdimatı oldu - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dəstək Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşdırdığı "Əngəlsiz qayıdış": minalarla mübarizə adlı layihəsinin icrasını yekunlaşdırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, layihənin əsas məqsədi azad olunan ərazilərə əngəlsiz qayıdışla bağlı vəziyyəti araşdırmaq, sakinlərin doğma yurdlarına qayıdışına mane olan mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə çatdırmaq olub. Bu məqsədlə Azərbaycan və ingilis dillərində Qarabağ və Şərqi Zəngəzurda minalardan zərər çəkən mülki şəxslərin hekayələrini, minatəmizləmə əməliyyatlarını və əldə olunan nəticələri əks etdirən "Əngəlsiz Qayıdış" adlı qısametrajlı film çəkilib. Filmin geniş təqdimat mərasimi keçirilib. İctimai Birliyin sədri Anar Yusifzadə bildirib ki, layihənin məqsədi mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə insan hekayələri vasitəsilə çatdırmaqdır. Filmin ssenari müəllifi Esmira Namiqqızı Füzuli rayonunun Alxanlı kəndində çəkilən film müharibənin faciəsini yaşayan - doğma yurdlarından məcburi köçkün düşən bir ailənin başına gələn hekayədən bəhs etdiyini söyləyib. Rejissoru Elnur Cəbrayılov olan filmin qəhrəmanı, minadan zərərçəkən Asif Əhmədov və iki şəhid, bir qazi anası Nailə Əhmədova çıxış edərək, insanları mina faciəsi yaşamamaq üçün ehtiyatlı olmağa çağırıblar.
Tədbirdə çıxış edən millət vəkilləri Ceyhun Məmmədov, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Tahir Rzayev, Sevil Mikayılova, Razi Nurullayev, Vüqar İskəndərov, "Konstitusiya" Araşdırmalar Fondunin prezidenti Əliməmməd Nuriyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli, "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, politoloq Anar Əliyev, "Qadın İslahatçıları və İnnovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli, jurnalist Elşad Məmmədli, Bəxtiyar Hacıyev, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev filmin peşəkarlıqla hazırlandığını, olduqca təsirli olduğunu və cəmiyyətə çoxsaylı sosial mesajlar verdiyini bildiriblər.
İctimai Birliyin sədr müavini Jalə Sabirqızı çıxış edərək, "Əngəlsiz qayıdış" layihəsi üzrə həmçinin azad olunan ərazilərdə əlilliyi olan şəxslər üçün yaradılan mövcud mühit, infrastrukturun müəssərliyinə dair hazırkı vəziyyət, çətinliklər və imkanlar haqqında Araşdırma Hesabatının hazırlandığını bildirib. Aparılan tədqiqatda əlilliyi olan şəxslərin azad edilən ərazilərdə maneəsiz məskunlaşması, reabilitasiyası və sosial, iqtisadi, mədəni həyata inteqrasiyasına dair təkiliflərin yer aldığını qeyd edib.,
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





