160-a yaxın elektriklə çalışan avtobus alındı - Yaxın günlərdə ölkəyə gətiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək".
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, ölkələrdə qurulan infrastrukturlar iqlim dəyişikliyinə dayanıqlı olmalıdır.
O qeyd edib ki, Azərbaycan karbon emissiyalarının azaldılmasına dair öhdəlik götürüb.
"Biz insanları dayanıqlı nəqliyyat vasitələrindən istifadəyə yönəldirik. Məqsədimiz şəxsi maşınların 30-40 faiz azaldılmasıdır. İnsanların ictimai nəqliyyatdan istifadə etməsini istəyirik. Yaxın 1-2 km məsafə üçün taksidən istifadəni məhdudlaşdırmağa çalışırıq.
Bundan başqa, biz smart texnologiyaların inteqrasiyası üzərində çalışırıq. Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək. Bununla da ümid edirik ki, qarşımıza qoyduğumuz hədəflərə çatacağıq", - deyə o bildirib.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
165 nömrəli avtobus bu vəziyyətdədir - FOTO
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin biznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda evdən meyit tapıldı
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
XƏBƏR LENTİ
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır





