Ölkə

Topçu Vüsal tələbə oldu - FOTO

1 Oktyabr 2024 13:01
Baxış: 2 327
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən Vüsal Şahkərimov (Topçu Vüsal) tələbə adını qazanıb.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, o, Rusiyanın Şimali Qafqaz Federal Universitetinə qəbul olub.

Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb.

O, hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.