“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabr ayının 27-də və 28-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində "Mahir Muradov Kuboku" uğrunda konkur yarışları keçirilib.
Yarışlar "E", "L" koteqoriyaları üzrə 27 sentyabr, "M*" kateqoriyası üzrə isə 28 sentyabr tarixində keçirilib.
Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.
"E" kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada "Sərhədçi" atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva "Nabab de Belou" ləqəbli atla birinci, "Alma" ləqəbli atla ikinci, "Məktəb" atçılıq klubunun idmançıları Valeriya Roşenko "Şəhzadə" ləqəbli atla üçüncü, Ayan Fərəcova "Tibet" ləqəbli atla dördüncü, "Omar" atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə "Bulud" ləqəbli atla beşinci yerin sahibi olub.
"L" kateqoriyası üzrə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda iştirak edən idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar. 15 idmançının iştirak etdiyi kateqoriyada "Gilan" atçılıq klubunun idmançısı Rahib İsmayılov "Carthanio" ləqəbli atla birinci, "Aleks 1" ləqəbli atla üçüncü, "Sərhədçi" atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva "Nabab de Belou" ləqəbli atla ikinci, "Elite" atçılıq klubunun idmançısı Aydan Ağayeva "Zirvə 2" ləqəbli atla dördüncü, "Omar" atçılıq klubunun idmançısı Kənan Novruzov isə "Lothar 41" ləqəbli atla beşinci yerin sahibi olub.
Yarışların sonuncu turu sentyabr ayının 28-də "M*" kateqoriyası üzrə 12 idmançının iştirakı ilə keçirilib. Qeyd olunan kateqoriya üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda "Elite" klubunun idmançısı Seyid Musayev "Ayla" ləqəbli atla birinci, "Murad" atçılıq klubunun idmançısı İya Firsova "Clima" ləqəbli atla ikinci, "Elano C" ləqəbli atla dördüncü, "Buta Golden" atçılıq klubunun idmançısı Eqor Morotski "Astrello" ləqəbli atla üçüncü, "Gilan" atçılıq klubunun idmançısı Rahib İsmayılov isə "Carthanio" ləqəbli atla beşinci yerin sahibi olub.
Yarışın sonunda birinci yerin sahiblərinə "Mahir Muradov Kuboku", ilk üç yerin sahiblərinə medal, 4-cü və 5-ci yerin sahiblərinə isə diplom və pul mükafatı təqdim edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
21 iyunda buraxılış imtahanı yenidən keçiriləcək
-
Bu imtahanın nəticələri elan edildi
-
WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib
-
Əməkdar artist xanımı ilə efirdə DUET OXUDU - VİDEO
-
"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"
-
"Şengen" vizasını ən asan bu ölkələr VERİRMİŞ
XƏBƏR LENTİ
-
21 iyunda buraxılış imtahanı yenidən keçiriləcək
-
Bu imtahanın nəticələri elan edildi
-
WUF13-ün bağlanış mərasimi keçirilib - FOTO - YENİLƏNİB
-
Kılıçdaroğlu CHP sədri oldu
-
WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib
-
Əməkdar artist xanımı ilə efirdə DUET OXUDU - VİDEO
-
Arbeloa “Real”dan gedir
-
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etdi - FOTO
-
Kralın qardaşı ilə bağlı istintaqın DETALLARI - FOTO
-
"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"
-
"Şengen" vizasını ən asan bu ölkələr VERİRMİŞ
-
Futbol azarkeşlərini yuxusuz gecələr gözləyir - Dünya çempionatı BAŞLAYIR
-
Bu aktyorlara 11 min manatadək ödəniş ediləcək - SİYAHI
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
"Ayılanda ayaq barmağımdan başıma qədər göynəyirdi, halım DƏYİŞDİ”
-
Sumqayıtdan Bakıya gedən sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlandı
-
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
-
Xərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
-
“Klassikanın qovşağında doğan müasirlik” adlı mühazirə keçirilib - FOTO
-
Bakı-Tbilisi-Bakı qatar sərnişinlərinə ŞAD XƏBƏR: Bu xidmət pulsuz OLACAQ
-
"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"
-
Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi
-
Ətin qiyməti 39 manata QALXDI
-
Azərbaycanlılar "07" ilə Los-Anceles küçələrində: “Bakılı balasıyam” sədaları... - VİDEO





