Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələn ay - oktyabrın 1-dən Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Çağırışçılarla bağlı cəmiyyətdə müzakirə olunan mövzulardan biri də onların boy və çəki indeksinə görə həqiqi hərbi xidmətdən hansı hallarda azad edilməsi barədədir.
Milli.Az bildirir ki, Modern.az mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Qidalanma çatışmazlığı olan vətəndaşlar stasionar müayinə və (və ya) müalicə olunmalıdırlar:
"Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən kütləsi indeksinin mənfi dinamikası yoxdursa (hər ay keçirilən tibbi baxışların nəticələrinə görə) və fiziki iş qabiliyyəti saxlanmışdırsa (funksional yük sınaqlarının nəticələrinə görə), boyu 148 sm-dən 160 sm-dək (daxil olmaqla) olanlarda bədən çəkisi 45 kq və daha çox olan və boyu 161 sm-dən yuxarı olanlarda isə bədən kütləsi 17,5 və yuxarı olduqda şəhadətləndirilmə "d" bəndi üzrə keçirilir, boyu 148 sm-dən 160 sm-dək (daxil olmaqla) olan vətəndaşlarda bədən çəkisi 45 kq-dan az və boyu 161 sm-dən yuxarı olanlarda bədən kütləsi indeksi 17,5-dən aşağı olduqda şəhadətləndirilmə bu maddənin "c" bəndi üzrə keçirilir. Qidalanma çatışmazlığına səbəb olan xəstəliklər aşkar olunduqda, vətəndaşlar "Xəstəliklər cədvəli"nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər".
Verilən məlumata görə, qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturla təyin edilən bədən kütləsi indeksindən (BKİ) istifadə olunur:
"Bədən çəkisi (kq)
BKİ
Boy ölçüsünün (m) kvadratı
Bədən çəkisinin indeksi (BÇİ) 18-25 yaşlı şəxslər üçün normada - 19,5-22,9; zəif qidalanmada - 19,4 və aşağı; yüksək qidalanmada - 23,0-27,4; I dərəcəli piylənmədə - 27,5-29,9; II dərəcəli piylənmədə - 30,0-34,9; III dərəcəli piylənmədə - 35,0 və daha çox.
Bədən kütləsi indeksi 26-45 yaşlı şəxslər üçün normada - 20,0-25,9; zəif qidalanmada - 19,9 və aşağı; yüksək qidalanmada - 26,0-27,9; I dərəcəli piylənmədə - 28,0-30,9; II dərəcəli piylənmədə - 31,0-35,9; III dərəcəli piylənmədə - 36,0 və daha çox ilə yanaşı ağırlaşmalar (qlükozaya qarşı tolerantlığın pozulması, dislipidemiya, hipertoniya, bel çevrəsi kişilərdə 94 sm, qadınlarda 80 sm) olduqda.
Bildirilib ki, 18 yaşa çatmamış şəxslərin şəhadətləndirilmə zamanı qidalanma vəziyyətini qiymətləndirmək üçün Azərbaycan Respublikasında qəbul edilmiş uşaqların və yeniyetmələrin fiziki inkişaf standartlarından istifadə olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
XƏBƏR LENTİ
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)





