Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 25-dən Heydər Əliyev Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə UNEC-də növbəti dəfə Çin dili kurslarına başlanılacaq.
UNEC Ekstern Mərkəzində keçiriləcək dərslər həftədə 3 dəfə təşkil olunacaq.
Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan təlimlər iştirakçılara Çin dili üzrə elementar səviyyəni aşılayacaq. İştirakçılar dilin ümumi qrammatik quruluşuna bələd olacaq, sadə fikir mübadiləsi aparmaq bacarığı əldə edəcəklər. Üç ay davam edəcək proqram üzrə təlimlər distant formada keçiriləcək. Bununla yanaşı, Çin mədəniyyəti ilə bağlı da həftədə bir dəfə dərslər nəzərdə tutulub.
Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edəcəklər.
Proqramın aylıq ödənişi 60 manat təşkil edir. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslər - şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan digər şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.
Qeyd edək ki, hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artmaqda davam edir. İqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyanın ən çox yayılan dillər siyahısında ilk yerlərdə qərarlaşıb. Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Çin dili üzrə 3-cü kurslardır.
Dərslərdə iştirak etmək istəyənlər sənədlərini sentyabrın 24-nədək təqdim etməlidirlər. Namizədlər İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən UNEC Ekstern Tədris Mərkəzinə, yaxud [email protected] elektron ünvanına müraciət edə bilər. Əlaqə nömrələri - (012) 492 59 03 (daxili 1511), (051) 590 42 44.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı





