Azərbaycan Ermənistanı aclıqdan necə xilas etdi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1920-ci ilin mayında Ermənistanda əhalinin ərzaqla təmin edilməsində çətinliklər yaranır və elə bir aclıq başlayır ki, Ermənistan İnqilab Komitəsi Moskvaya yazaraq, kömək istəyir. Lakin Moskvadan kömək gəlmir. Buna görə də Ermənistan İnqilab Komitəsinin üzvləri Musaelyan (sədr və hərbi komissar) və Avis Nuricanyan (xarici işlər üzrə komissar) Tiflisə və Bakıya kömək üçün müraciət edirlər. Gürcüstan "özümüzə ərzaq çatmır" deyə yardımdan imtina edir.
Milli.Az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, Nəriman Nərimanovun sədri olduğu Azərbaycan İnqilab Komitəsi dərhal kömək etməyə razılıq verir:
"Həmin il mayın sonunda Azərbaycandan Ermənistana 17 vaqon çörək və 5 milyon rubl yardım edilir. Qatarla təcrübəli partiya işçiləri, kənd təsərrüfatı mütəxəssisləri gedirlər ki, orda sistem qurulsun. Bir müddət sonra - 1920-ci ilin yayında Azərbaycan Ermənistana 50 vaqon ərzaq, 48 çən kerosin və 200 milyon rubl göndərir. 200 azərbaycanlı mühəndis, aqronom və digər mütəxəssislər xalq təsərrüfatının bərpasına kömək etmək üçün Ermənistana gedir (Mənbə: ВОСР и победа Советской власти в Армении: сборник документов. Ереван, 1957. С. 324).
Ermənilər isə bu köməyi ölkədə hakimiyyəti devirmək və azərbaycanlıların burada sovet hökuməti qurmaq planı kimi təqdim edir. Məsəl üçün, Ş.Əmirxanyan "Ermənistanda may üsyanı" adlı kitabında yazır: "Bu yardımların məqsədi Daşnak hökumətini devirmək və ölkədə sovet rejimi qurmaq məqsədi ilə Ermənistanın türk-tatar qruplarının və Rusiya və Azərbaycan bolşeviklərinin dəstəyi ilə Ermənistan Kommunist Partiyası tərəfindən təşkil edilmişdir".
Qeyd edim ki, 1920-ci ilin may ayında Azərbaycan Krım və Tatarıstanı da aclıqdan xilas etmişdir. 1920-ci ildən Bakıya Tatarıstandan mütəxəssislər və rəhbər işçilər gəlməyə başlayır. Yerli hakimiyyət orqanları yeni gələnlər üçün bütün zəruri yaşayış şəraitini yaradır. Onlar mənzillə təmin edilir, ailələrinin Azərbaycan SSR-ə köçürülməsi təşkil edilir.
O dövrdə aclıq çəkən Moskva, Bryansk, Voronej, Volqa bölgəsi, Odessa, Nikolayev, Xarkov, Vladiqafqaz və Gürcüstandan 20 mindən çox insan Bakıya pənah gətirmiş və onlar iş, qalmaq və yeməklə təmin edilmişdilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu





