Bu əməliyyatlar regionda təhlükəsizlik naminə əməkdaşlıqda yeni səhifələr açdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın keçirdiyi antiterror əməliyyatları regionun rəngini dəyişdirdi və təhlükəsizlik naminə əməkdaşlıqda yeni səhifələr açdı.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.
O bildirib ki, Azərbaycanın suverenliyini bərpa etməsi dünyada şok effekti yaratdı, çünki hələ hansısa bir ölkə SSRİ-dən miras qalmış münaqişəni həll etməyə nail olmayıb.
"Yalnız Azərbaycan güclü siyasətlə və hərbi qüdrəti ilə buna nail oldu və bu, sözün əsl mənasında beynəlxalq təəccübə səbəb oldu.
Nəticədə, Azərbaycanın separatizmi məhv etməsindən əldə etdiyi qazanclara uyğunlaşdırma strategiyası regionda maraqları olan dövlətlərin siyasətinə sirayət etdi. Rusiya, ABŞ və İran Azərbaycanın separatizm izlərini silməsi ilə yaranan çoxtərəfli əməkdaşlıq nizamına öz maraqlarını yerləşdirməyə çalışdı. Azərbaycan bu yerləşmənin rəqabətli olmasından ehtiyat etsə də, prosesi özünün strateji istiqamətlərinə doğru çəkməyi bacarır.
Çünki Azərbaycana kənar müdaxilə üçün barmaq yerləri qalmır, separatçılığın məhvindən sonra Rusiya sülhməramlı kontingentinin regionu tərk etməsi də Bakıya qarşı bəhanələrə yer qoymadı.
Bütün bunlar Azərbaycanın özünə qarşı çevrilmiş ümumi təhdidlərin xarakteristikasını inkişafdan saxladı. Beləliklə, separatizmin sonlanmasından sonra Azərbaycan həm öz qüdrətini, həm də regional müdafiəni inkişaf etdirmək üçün əlavə imkanlar qazanıb".
Hərbi ekspert Azər Bayramov isə bildirib ki, Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri ölkəmizin suverenliyinin tam şəkildə bərpa olunmasına və Ermənistanla onun havadarlarına yüz ildən artıq bir müddətdə ölkəmizə qarşı yürütdükləri riyakar siyasətin, separatizm və terrorçuluğun tamamilə sonlanmasını təmin etdi.
"İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan həmişə olduğu kimi, yenə də danışıqlar yoluna üstünlük versə də, çox təəssüf ki, Ermənistan və separatçı rejimin rəhbərliyi bu humanist addıma qarşı terrorla cavab verdilər. Mülki vətəndaşlarımıza və polislərimizə qarşı həyata keçirilən terror aktları məhz Azərbaycan tərəfini zəruri addımlar atmağa məcbur etdi. Antiterror tədbirlərində qəhrəman ordumuz 24 saatdan az bir müddətdə Qarabağda yerləşən və terrorçu qruplaşmaları darmadağın edib onları təslim olmağa məcbur etdi.
Bu əməliyyatların keçirilməsi həmin ərazilərimizdə məskunlaşan mülki insanlarımızın təhlükəsizliyinin tam təmin olunmasını və heç bir maneə olmadan öz həyat fəaliyyətini rifah içində yaşamasını təmin etdi",- deyə ekspert qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bağçalara növbəyə yazılma dayandırıldı
-
Qızılın qiyməti 71 dollardan çox artdı
-
Nəhəng asteroid Yerə yaxınlaşır - Alimlər nə deyir?
-
BDYPİ sürücülərə müraciət etdi
-
69 yaşlı təqaüdçü mağazaya helikopterlə getdi
-
“Nəhayət ki, mən də istirahət edərmişəm”
-
Smartfonda silinməyən məlumatlar: “Gizli zibillər” harada qalır?
-
Azərbaycanda donuzlarla bağlı geniş monitorinq keçiriləcək
-
Ukrayna Rusiyanın müharibə itkilərini açıqladı
-
Azərbaycan nefti ucuzlaşdı
-
Kahı ABŞ-də rekord epidemiyaya səbəb oldu
-
Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə
-
Trampın olduğu ərazi yaxınlığında tapançalı şəxs tutuldu
-
"Sabah" "Orhus"la qarşılaşacaq
-
Dünya bazarında neft ucuzlaşdı
-
Sözünün üstündə duran 4 bürc
-
Yayın ən bərəkətli tərəvəzi: Kolundan dərdikcə yenisi gəlir
-
Tel-tel ayrılan yağlı çörək resepti
-
Qarpızların üzərinə bu səbəbdən daş qoyurmuşlar: Qiymətini ikiqat artırır
-
Konserv qapağı şişsə nə baş verər?
-
Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir - səbəb
-
Plov bişirərkən 1 qaşıq əlavə edin: dən-dən qalacaq
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu





