Azərbaycanda alıcılara şad, satıcılara bəd xəbər: Bazarda yeni "müharibə" başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Trendyol" və "Temu" kimi alış-veriş şirkətlərindən sonra Rusiyanın "Ozon" platforması da Azərbaycan bazarına daxil olub. Bu məsələ artıq yerli satıcıların narazılığına səbəb olub. Sözügedən şirkətlərdə qiymətlər münasib olsa da, məhsulların keyfiyyəti ilə bağlı neqativ nüanslar ortaya çıxır.
Maraqlıdır, adı hallanan şirkətlərin Azərbaycanda pay sahibi olması yerli bazarın inkişafına, yoxsa çöküşünə səbəb olacaq? Bundan əlavə, məhsulların keyfiyyəti nə yerdədir?
Milli.Az xəbər verir ki, İqtisadçı-ekspert Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, bu məsələyə "pis" və ya "yaxşı" demək çətindir:
"Xarici şirkətlərin Azərbaycan bazarına daxil olması qaçılmaz bir reallıqdır. Belə platformalar bizim öyrəşdiyimiz ticarət məntəqələrini, mağazaları, marketləri yavaş-yavaş sıradan çıxarır.
Fikrimcə, haqqında danışdığımız tendensiya zamanla daha da intensivləşəcək. Əslində, belə platformalar nə qədər çox olarsa, inhisarçılıq da o qədər az olar. Təbii ki, bazarda pay sahiblərinin artması yerli satıcılara da mənfi təsir göstərəcək.
Yerli satıcı dedikdə söhbət xaricdən məhsul alıb Azərbaycanda satanlardan gedir. Ancaq istehlakçı məhsulu daha ucuz alacağı təqdirdə baha məhsulu seçə bilməz. Əsas odur ki, proses yerli istehsalçılara mənfi təsir göstərməsin. Söhbətini apardığımız məsələnin yerli istehsalçılara neqativ təsiri yoxdur. Kimsə öz məhsulunu istehsal edirsə, həmin şəxslərlə rəqabət aparılmır. Ümumən onu deyə bilərik ki, yerli istehsalın da vəziyyəti ürəkaçan deyil".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifariş edilən məhsulların keyfiyyətsiz çıxması ilə bağlı şikayətlər çoxdur:
"İstehlakçılar məhsulları müəyyən məsafədən aldıqları üçün əksər hallarda problem yaşayırlar. Reklamda göstərilən məhsul ilə göndərilənin fərqli olması, rəng və ölçülərin müxtəlifliyi şikayətlərə nümunədir. İstehlakçıların sifariş verdiyi məhsul onların tələbatını ödəmirsə, qaytarmaq və ya dəyişdirməkdə çətinlik çəkirlər. Halbuki, istehlakçı hüquqları ilə bağlı qanuna görə, 14 gün ərzində dəyişdirilə və ya qaytarıla bilər. Bu məsələ ilə bağlı bəzən pullar batır, məhsul isə gəlmir. Bir sıra hallarda sifariş edilən texniki vasitələr istehlakçıya sıradan çıxmış vəziyyətdə çatdırılır. Nəticədə hansı tərəfin məhsula zərər vurduğunu sübut etmək olmur".
Sədr qeyd edib ki, hazırda onlayn və klassik ticarət ciddi rəqabətdədir:
"İnsanlar onlayn ticarətə daha çox üstünlük verirlər, çünki çeşid çoxdur, qiymət aşağıdır. Klassik ticarət nümayəndələri isə onlayn ticarətə həddindən artıq çox qısqanclıqla reaksiya verirlər, bu ticarətin pozulmasını istəyirlər".
E.Hüseynov əlavə edib ki, xarici şirkətlərin Azərbaycan bazarına daxil olması yaxşı haldır:
"Beləliklə, seçim çoxalacaq, qiymət isə azalacaq. Fikrimcə, dövlət bu məsələ ilə bağlı balanslaşdırılmış iş aparmalıdır ki, yerli, klassik ticarət tamamilə çökməsin. Sonda bu hal dövlət büdcəsinə ciddi zərbə vura bilər. Onlayn ticarət ilə bağlı şikayətləri müvafiq qurumlara yönəltdikdə bu işin öhdəsindən gələ bilmirlər, çünki alış-veriş məsafədən aparılır. Buna görə də istehlakçılar diqqətli olmalıdırlar. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar, adətən, metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman məhsula diqqətlə baxsınlar, iradları olduqları zaman dərhal geri qaytarsınlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu





