Azərbaycan iki türk ölkəsi ilə mühüm saziş imzaladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşün protokolu imzalanıb.
Milli.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşdə iştirak edib.
Hər iki tədbirdə çıxış edən nazir müavini ölkələr arasında tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri ilə bağlı dövlət başçılarının siyasi iradələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığını vurğulayıb. O, COP29 çərçivəsində "yaşıl enerji" keçidi ilə bağlı qlobal təşəbbüslərin və yüksək səviyyəli tədbirlərin planlaşdırıldığını, bu çərçivədə "Mərkəzi Asiya və Azərbaycan Enerji İnvestisiyaları Forumu"nun keçiriləcəyini qeyd edib.
Tədbirdə Azərbaycan-Mərkəzi Asiya-Avropa "yaşıl enerji" dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub.
Bildirilib ki, üç ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsi razılaşdırılıb, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıq təsdiqlənib. Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın "CESI" şirkəti seçilib və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılıq əldə olunub.
Səfər çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Qazaxıstanın energetika nazirinin müavini Erlan Akkenjenovla ikitərəfli görüşlər də keçirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı





