Böyükşorda günəş enerji qurğusu istismara verildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım" layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.
Nazirlikdən Milli.Az-a bildirilib ki, tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə ölkəmizin töhfələrindən danışıb. C.Abdullayev Prezident İlham ƏIiyevin bərpaolunan enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq reallaşdırılan meqa layihələrə diqqət çəkib, Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə cari ilin 6 ayında günəş enerjisi istehsalında 8 dəfədən çox artım qeydə alındığını söyləyib.
"95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan layihə vasitəsilə illik 160 min kilovat-saatdan çox elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Layihə özəl investisiyaların cəlb olunması üçün çağırış rolunu oynayır və artıq genişləndirilməsi ilə bağlı müzakirələrə start verilib", - deyən C.Abdullayev bu qurğunun su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik qurğusu olduğunu bildirib.
Tədbirdə çıxış edən bankın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan vurğulayıb: "AİB regional layihə çərçivəsində Azərbaycanda su üzərində günəş enerjisindən istifadənin inkişafı üçün texniki dəstək verir. COP29 tədbiri ərəfəsində bu innovativ qurğunun işə salınmasının əhəmiyyəti böyükdür. Pilot layihə kiçik miqyasda həyata keçirilsə də, Azərbaycanda daha bir yaşıl enerji mənbəyinə çevrilir, su və günəş resurslarından birgə istifadəni optimallaşdırır, enerji kompleksini şaxələndirir və emissiyaların qarşısını alır".
Layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkili də nəzərdə tutulur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib





