Ölkə

Zəlzələ ilə bağlı FHN-dən açıqlama: hər hansı dağıntı... - YENİLƏNİB

22 İyul 2024 13:17
Baxış: 10 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 22.07.2024-cü il tarixində yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb, FHN-dən bildirilib.

-------

12:12

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Milli.Az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub", - deyə məlumatda qeyd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.