Sənədsiz evlərə “kupça” veriləcək - YENİ QƏRAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bununla bağlı bir sıra normativ aktlar nəzərə alınmalıdır:
"Bu qanunda bir sıra normativ aktlar var. Kənd təsərrüfatı təyinatlı torpağın ümumi ölçüsü minimum 5 hektar olmalıdır və onun yalnız 1 faizində, yəni 500 kvadratmetrində tikinti işi aparmaq olar. Nəzərdə tutulmuş yerdə təkcə fərdi yaşayış evi deyil, müəyyən inzibati binalar, qonaqlama yerləri və bu kimi obyektlər də tikilə bilər. Digər yerdə qalan ərazilər isə yenə də kənd təsərrüfatı təyinatlı torpaq kimi qalacaq".
Ekspert yeni qanunun daha öncə kənd təsərrüfatı təyinatı torpaqlarda tikilən evlərə aid edilməyəcəyini deyib:
"Bu qayda daha öncə kənd təsərrüfatı təyinatlı torpaqda tikilən evlərə şamil olunmayacaq. Həmin evlərin sənədləşdirilməsi ilə bağlı birmənalı olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir. Bu tətbiq olunmadıqca həmin yerlərdəki evlərə sənəd verilə bilməz. Çünki hər hansısa bir tikiliyə çıxarışın verilməsi üçün o tikilinin faktiki təyinatı ilə torpağın təyinatı eyniləşməlidir. Yəni həmin tikilinin yerləşdiyi torpağın təyinatı da dəyişdirilib tikinti təyinatına çevirilməlidir. Əks halda belə bir tikiliyə çıxarış verilə bilməz".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)





