Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün söküntüsü yekunlaşır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, istismar müddəti bitdiyinə görə, nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilmiş bu körpünün söküntüsü xüsusi texnikalarla həyata keçirilir.
İş icraçıları bildiriblər ki, körpünün dəmir-beton konstruksiyaları artıq sökülüb və ərazi tullantılardan tam təmizlənib.
Havaların yağmursuz keçməsi isə layihənin vaxtından əvvəl yekunlaşacağından xəbər verir.
Ətraflı süjetdə:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun