Ölkə

Azərbaycanla bu ölkə arasında viza rejimi aradan qaldırılıb - FOTOlar

4 May 2024 21:18
Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Mərakeş arasında ticarət, enerji, təhsil və parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd edib.

C.Bayramov, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalarda həyata keçirilən təmasların və bu platformalarda ölkələrin bir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəfli münasibətlər üçün mühüm rol oynadığını qeyd edib.

Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.

*******
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə C.Bayramov "X" sosial şəbəkəsində paylaşım edib.

"Biz Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlığı, o cümlədən ölkələrimiz arasında çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi müzakirə etdik. Mümkün yeni əməkdaşlıq sahələrinə toxunulub", - C.Bayramov qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.