Ölkə

Fərid Bağırzadə nazir müavini təyin edildi

25 Aprel 2024 16:45
Baxış: 4 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Fərid Talətdin oğlu Bağırzadə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Nazir təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazir müavini Fərid Bağırzadəyə həvalə edilib.

Qeyd edək ki, indiyədək Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Ceyhun Cəlilov bu gün Naxçıvan MR-in Baş naziri təyin olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.