Tarixin qanlı səhifəsi: Yaycı soyqırımı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənilərin azərbaycanlılara qarşı 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyasda törədilib.
Milli.Az report-a istinadən xəbər verir ki, erməni daşnakları Naxçıvanın təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoyub, əhalini amansızlıqla qətlə yetiriblər.
Culfa rayonunun Yaycı kəndində isə misli görünməmiş vəhşiliklər törədilib. Həmin qanlı faciələri gözü ilə görən şahidlər artıq dünyalarını dəyişib. Lakin hadisələri nəql etdikləri doğmaları Yaycı soyqırımından ürək yanğısı ilə danışırlar.
Yaycı sakini Hüseyn Süleymanov atasının dediklərini belə xatırlayıb:
"Atam deyərdi ki, ermənilər evlərə girərək, qadınlara, qocalara, uşaqlara rəhm etmirdilər. Canını qurtarmaq istəyən qadınları, hamilə qadınları xəncərlə vurub bətnindəki uşağı öldürürdülər".
H.Süleymanov onu da əlavə edib ki, atasının əmisi soyqırımı qurbanlarındandır:
"Onun bütün ailəsini ermənilər öldürdülər. Yaycı kəndində ermənilər tərəfindən ürəyinə xəncər batırılmayan adam qalmadı. Bu, bizim heç vaxt yadımızdan çıxmaz, biz o xatirələri unutmarıq. Bu Yaycı kəndinin yaxınlığında Aza kəndi var. Atam deyərdi ki, oradakı adamların kürəyinə samovar, özünü isə ağaca bağladılar, içinə odun töküb, tədricən onları yandıraraq öldürdülər".
Həmin qanlı günlərin şahidlərindən biri də Yaycı kənd sakini Yasəmən Süleymanovadır. Hadisələr baş verəndə onun yeddi yaşı var idi. 1990-cı illərdə dünyasını dəyişən Yasəmən Süleymanovanın yaşadıqlarını gəlini Rübabə Bayramova ürəkağrısı ilə danışır: "Qaynanam deyirdi ki, bir erməni qılıncla onun qolundan vuraraq iki yerə doğrayıb. Ondan sonra sağ qalmaq üçün ölülərin arasında gizlənib. Onun yeddi bacısının aqibəti isə fərqli olur. Kimi Arazın sularına qərq olur, kimi də düşmən gülləsinə tuş gəlir".
Yaycı sakini Həcər Abidinova isə hadisələri belə xatırlayıb:
"Bibimin ayağını vurub yaraladılar, Safiyə xalamın qarnındakı uşağı çıxarıb öldürdülər... Özünü də, uşağı da atdılar Araza. Heç qəbiri də yoxdur".
Qeyd edək ki, 1918-ci ildə Naxçıvan qəzasının ən iri yaşayış məntəqələrindən sayılan Yaycı kəndi erməni Andronikin quldur dəstələrinin qəfil hücumuna məruz qalıb. İran ərazisindən Culfaya adlayan və Naxçıvanı qısa bir vaxtda işğal etmək qəsdinə düşən Andronik gözlənilmədən Yaycıya hücum çəkib, evlərə od vuraraq yandırıb, əhalini qılıncdan keçirib. Təxminən, 2 500 sakin amansızlıqla qətlə yetirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Selahattin Paşalının yeni işi
XƏBƏR LENTİ
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir





