COP tərəflər konfransı dünyada əhatəsinə və maraqların toqquşmasına görə əhəmiyyətlidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.
Nazir müavini bildirib ki, ölkəmizin belə bir prosesin mərkəzində yer alması yaşıl enerji sahəsində atdığımız addımların mükafatıdır.
"Eyni zamanda dünyaya verəcəyimiz töhfəyə görə olan inancdan qaynaqlanır. Biz proseslərdən istifadə edib Azərbaycanın irsini önə sürməliyik. Ölkə daxilində əhəmiyyətli olan qlobal bazara çıxardıla bilən fikirlər ətrafında artıq müzakirələr aparılır və yekunlaşmaq üzrədir. Bunlardan biri yaşıl kolidor məsələsidir. İnanırıq ki, bu həm dünyada baş verən dekarbonizasiya proseslərinə töhfə verə bilər, həm də ölkəmizdə baş verən prosesləri sürətləndirmək üçün onu uyğun şəkildə həyata keçirmək üçün imkanlar verə bilər. COP29 hadisəsi sülh addımı ilə başladı. Ermənistan və Azərbaycanın bir araya gələrək bu məsələdə bir-birinə dəstək göstərməsi ilə başladı. Biz ümidvarıq ki, bu proseslərin gedişi və sonucu qalıcı sülhə töhfə verəcək şəkildə sonuclansın", - o deyib.
E. Soltanov qeyd edib ki, biz enerji yolculuğuna neftlə başladıq, təbii qazla davam elədik.
"İndi yaşıl sahədə liderliyimizi əldən vermək istəmirik. Bizim planımız 2027-ci ilə qədər 2 geqavat əlavə günəş və külək bərpaolunan enerjini sistemə inteqrasiya etməyi planlayırıq. Bunun əhəmiyyətli hissəsi Qarabağda yerləşir", - deyə o,əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun