Ölkə

Bakıda qızlarla əylənən yutuber bu hərəkətinə görə polisə verildi

3 Mart 2024 09:57
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial platformalarda yutuber Deniz Aksoy adı ilə tanınan Türkiyə vətəndaşı Deniz Hocaoğlu bir neçə gün öncə Bakıda "Ford Mustang" markalı avtomobil icarələyib. Şirkət də sifarişi çatdırılma xidməti ilə Aksoyun qaldığı otelə təhvil verib.

Milli.Az "patrul.az"a istinadən xəbər verir ki, sözügedən şəxs avtomobili istifadə etdikdən sonra "yanacağım bitdi" bəhanəsilə zədələdiyi avtomobili təhvil vermədən, elə yolun ortasındaca buraxaraq qaçıb.

Şirkət maşını tərk edildiyi yoldan götürdükdə məlum olub ki, avtomobillə qəza törədib, avtomobilə çoxlu cərimələr yazılıb.

Şirkətin nümayəndəsi türk vətəndaşı ilə əlaqə saxlayaraq dəymiş ziyanın ödənilməsini tələb etdikdə, əvvəlcə "mən ödəyərəm" deyib, ardınca isə "işim var, azəri xanımla əylənirəm, sonra gələcəyəm" kimi nalayiq ifadələr işlədib. Bir neçə gün öncə Azərbaycanı tərk edən Aksoyun törətdiyi əməllə bağlı dərhal polisə məlumat verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.