DİQQƏT! Bu tarixdən sonra ev tikənlər çıxarış ala BİLMƏYƏCƏKLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik edilib. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.
Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans.az-a bildirib ki, bu qanun keçən il oktyabr ayının 1-dən sonra tikilən evlərə şamil olunacaq:
"Oktyabr ayının birindən sonra əgər hər hansısa bir ev tikilirsə, tikilib qurtarırsa, tikilmək üzrədirsə, onların çıxarışı olmadığı halda onlara kommunal xidmətlərin çəkilişi həyata keçirilməyəcək. Amma bu qanun yalnız fərdi həyət evlərinə şamil olunur, yəni bu oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Hazırda Bakıda və Bakıətrafı ərazilərdə 100 minlərlə evlər var ki, tikilib və hələ də onların sənədi yoxdur. Evin sənədi yoxdur, amma qaz, işıq, su, istilik və digər kammunal xidmətlər var. Onlar təbii ki, birmənalı olaraq toxunulmaz olaraq qalır".
Ekspert hesab edir ki, yenilik əmlak bazarına pis təsir edəcək. Onun sözlərinə görə, yeni qaydanın tətbiqi çıxarışlı torpaqların qiymətinin artmasına səbəb olacaq, bu isə bir əmlak bazarına bir sıra mənfiliklər yaradacaq: "Belə olduğu halda çıxarışlı torpaqların qiyməti artır və digər torpaqlara isə tələbat azalır. Əgər vətəndaş ev tikib daha sonra ora qaz, işıq, su və digər lazımi kommunal xidmətləri çəkdirə bilməyəcəksə, həmin ərazidən ev almırlar. Hazırda çox insanlar var ki, torpaq alıb ev tikiblər, amma sənəd ala bilmədikləri üçün bu sahəyə yatırdıqları kapital məhv olub".
Çıxarışsız torpaqların qiyməti, hansı ki ora kommunal xidmətlər çəkilə bilməyəcək o torpaqların qiyməti düşür, digərləri isə artır - deyə Elnur Fərzəliyev əlavə edib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması - 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Soyuducuya dəfnə yarpağı qoyun çağırışı
-
Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı
-
Rəqsanə həbsxanadakı günləri barədə: "Hər gün yanıma dörd sərçə gəlirdi"
-
Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Ceki Çan Bakıda (Foto)
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
-
Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Qardaşı oğlu ilə dənizdə batan Arisin (Fotosu)
-
Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
-
15 yaşlı oğlan və əmisi dənizdə batdı - Yenilənib
-
İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
-
“Atam o hadisədən sonra valideynlərindən, bacı və qardaşlarından uzaq düşür” (Foto)
-
İmişlidə zəlzələ oldu
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
-
"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"





